Hərkəsləşmə hekayəsi
Yusifli N. tərəfindən "Hekayə" bolməsinə 13:41 29 iyun 2015 tarixində əlavə olunmuşdur

Qaranlıqlar ölkəsində doğulan bir uşaq , aylar keçdikdən sonra  ``lənətlənmiş``   adını aldı. Hamı onu ``lənətli uşaq`` adlandırırdı.  Çünki , o  fərqli idi . Doğulduqdan sonra zaman keçdikcə ailəsi onda bəzi dəyişikliklər olduğunu duydu. Daha sonra bu xəbər ətrafa yayılmağa başladı . Uşağın bu halı bütün ölkəni sarsıtdı . Hamı işini – gücünü atıb bu uşaqdan danışırdı. Sanki , hər kəs özünə görə qismən fərqli deyil  .     Cahil bir kütlə ,  ona yad olan fərqli düşüncələri və fərqli fikirləri ya başqa inkişaf etmiş ölkədən gələn mənfi bir şey kimi , yada axirətin yaxınlaşması , şeytanın əməli kimi qəbul edər .Yəni ya səni ``lənətlənmiş`` adlandırarlar yada bu fəqlilikdən məntiqli şəkildə istifadə edərək , bu cahil kütlə üzərində qüvvətli bir hakimiyyət əldə edərsən. O zaman kütlə sənin əlində qüvvət , pul və şöhrət üçün oyuncağa çevrilər . Onda adın ``lənətlənmiş`` yerinə `` müqəddəs `` olar. Amma , bu tamam başqa məsələdir. Bu uşağın hekayəsi fərqlidir. 

Lənətli uşağın  doğulduqdan sonra vaxt keçdikcə bədəni parlamağa başlamışdı. Əvvəlcə çox zəif parıltısı olan bədəni on altı yaşına gəldikdən sonra artıq işıq saçırdı . O ,  on beş yaşı olarkən , cəmiyyətin təzyiqləri nəticəsində ailəsi tərəfindən tərk edilmişdi. Küçələrdə yaşayırdı . Bu onun üçün çox təhlükəli idi , çünki , onu öldürmək istəyən insanlar da vardı. Onlar düşünürdülər ki , `` lənətli uşaq ``  onları yoldan çıxarmaq üçün şeytan tərəfindən göndərilib .  

Bu ölkədə ( Qaranlıqlar ölkəsində ) , işıq yox idi. Zülmət qaranlıq olduğundan heç kim heçnə görmürdü , sadəcə eşidirdilər və hiss edirdilər. İllər boyu formalaşan milli fikirlərinə görə , işıq şeytani bir şey idi və onların bütün düşüncələrinə tamamilə zidd idi. Bu ölkədə  heç kim doğruları görmürdü , cəmiyyətin qorxusundan doğrulara işıq tutan  bir nəfər belə yox idi və olmamışdıda. Ona görə də parlayaraq ətrafına işıq saçan bu gənc  ölkənin bütün qorxaqlarının düşməni idi.

Lənətli gənc  insanlar küçələrdə olmayan vaxt gizləndiyi yerdən çıxıb , ətrafda boş – boş gəzərdi. Sanki istəyirdi ki , kimsə onun işığından faydalansın , yada adamlar ondakı bu fərqliliyi görüb onu təhqir etsinlər.  Bu yolla bəlkə də o , özünə haqq qazandıracaq insanlar axtarırdı , yada işığı onu yandırıb kül edənə qədər tək yaşamaq istəyirdi.  Heç özüdə özünü anlaya bilmirdi.

 Bir dəfə o , küçədə oturan sərxoş bir kişinin yanına getmişdi. Risk etmişdi. Fikirləşmişdi ki , nə olar olar. İşığımdan sadəcə mən faydalanmalı olacağamsa , elə yaxşı eliyib məni öldürmək istəyirlər.  Cəsarətini toplayıb , gedib kişinin yanında əyləşməyə qərar vermişdi. Elə kişinin yanına çatmağı ilə , başına içki şüşəsinin dəyib qırılmağı bir olmuşdu. 

O hadisədən sonra gəncin daxilində bir şey baş verdi. Özünü lazımsız bir fiqur kimi görməyə başlamışdı. Küçədəki gəzintiləri azalmışdı artıq. Dağıdılmış bir xarabalıqda , yarısı uçmuş damın altında , divarın bir küncünə qısılıb qalmışdı.

Hərdən uşaqlar o sökük evin yan-yörəsində oynamaq üçün xarabalığa gələrdilər. Parlaq oğlan , sərxoş kişi ilə yaşadığı o pis hadisədən sonra , bu evi tapmışdı və qərar vermişdi ki , artıq lazım olmaqıqca çölə çıxmayacaqdı. Burada qaldığı müddətdə o, ilk dəfə idi uşaqların səsini eşidirdi.  Çox yaxın idilər. Yenə ona nəsə zərər verəcəklərindən çox qorxurdu. Uşaqlar isə deyib gülərək , oynaşaraq parlaq oğlanın sökülmüş evinin ətrafında gəzişirdilər.  O isə içəridə bir küncə qısılıb soyuq tərlər axıdırdı.  Bilirdi ki , bu uşaqlar axır-əvvəl içəri girəcəklər və onu gördüklərində daş-qalaq edəcəklər.  Elə fikirləşdiyi kimi də oldu. Uşaqlar onu daş yağmuruna tutarkən səsini belə çıxarmırdı. Bütün bunların talehlə yada alın yazısı ilə bağlı olduğuna inanmırdı , amma , artıq qisməti ilə barışmışdı.  Sadəcə qollarını irəli uzadaraq başını qorumağa çalışırdı , lakin , bədənindəki ağrılardan daha çoxunu o ,  daxilində hiss edirdi.  `` Bəlkədə`` deyə düşündü. ``Bəlkədə başıma dəyəcək olan bir daş məni ağrısız acısız bir dəfəlik öldürəcək , amma , daxilimdə gedən soyuq müharibələr uzun müddət mənə işkəncə verməyə davam edəcək. Ölməkdən qorxmuram ! Sadəcə gəlcəyə ümidim var ! ``

Parlaq oğlan bütün bu hadisələrdən cana gəlir bezir və gecdə olsa düşünür ki , artıq buna son qoymaq lazımdır. Son çarəsi budur ki , ən işlək küçələrdən birinə gedib insanların önündə dimdik durub , onlardan ölüm dilənməlidir.  `` Bəli ! Ya məni öldürün , yada artıq bu işkəncəyə son verin ! ``  Qəribədir ki , ona heç kim fikri vermədi . Sanki nədənsə çəkinirdilər. Milli fikirlərinə zidd olan bir şeyi , hər zaman yox etmək istədikləri işığı indi gözməzlikdən gəlirdilər. Ona görə ki , parlaq gəncin bu cəsarətindən və çarəsizliyindən qorxmuşdular.  Çünki işıq saçan bu gəncin gözlənilməz hərəkətinə görə nə edəcəklərini bilmədilər və iki yerə bölündülər.  Ona haqq qazandıranlar və milli təfəkkürü qoruyanlar. Sonra parlaq gəncin qeydinə qalanlar peyda oldu .  `` O xəstədir. Ona pis davranmaqdansa onu sağaltmalıyıq ! `` deyib oğlanı himayə altına aldılar. 

Nəticədə parlaq gənc gördüyü bu qədər xoş rəftar qarşısında insanların sevdiyi və sevmədiyi şeyləri öyrənməyi özünə borc bildi və onlara uyğunlaşmağa çalışdı.  Adamlara özünü hər yaxın hiss edişində işığı zəiflədi. Normal , standart vətəndaşa çevrildiyində isə  , artıq işıq saçmırdı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0257 saniye