Canım, mən yenə gəldim. Bu gözəl gülləri sənə almışam. Sən daha gözəl güllərə layiqsən, amma ürəyimdən gəldi bunları sənə almaq. Gözlərin nəmlənməsin , bir dənəm ! Sən onlardan çox daha gözəlsən. Bunları sənə gözlərin nəmlənsin deyə almamışam, gözəlliyini görüb utansınlar deyə almışam. Canım, sən mənim üçün dünyanın ən gözəl güllərindən də gözəlsən.
Bilirsən, dünən həmişəkindən daha çox hiss etdim sənin yoxluğunu, sənsiz otağım nə qədər soyuq imiş, birlikdə keçirdiyimiz 30 gün ərzində bu otaq səninlə o qədər gözəl imiş ki ... İndi sənsiz bu otağa girmək də istəmirəm.
Canım mənim, kaş yanımda olaydın. Sənsiz nə günə qalmışam, görürsən ? Bu gün sənin doğulduğun gündür. Sənin yoxluğundan 6 il keçir, amma mən səni unutmuram, hər gün bura gəlirəm. Bu günümü isə xüsusilə səninlə keçirəcəm - gün batana qədər. Axı bu gün sənin doğum günündür. Sənə böyük bir ürək hədiyyə gətirmişəm. Hamı səni soruşur, amma sənsiz olduğumu deməyə dilim gəlmir. Mənim sevdiyim tək məni yox, həyatını da tərk edib deməyə dilim gəlmir. Səni görməkdən ötrü soyuq məzarına gəlib-getdiyimi deyə bilmirəm.
Necə deyim ki, sən o lənətə gəlmiş qəzada ölmüsən ? Necə deyim ki, sevdiyim qadını bir də görməyəcəm?
İndi məndən çox uzaqlardasan . Kaş bütün bunlar yuxu olaydı. Kaş yenə məni qucaqlayaydın. Yenə saçlarınla oynayaydım, yenə gecələr səni qucaqlayıb yataydım... Səhərlər yeməyimi sən hazırlayaydın ...
Vəfalı yarım, gözəl sevgilim, əslində sən ölməmisən, mən hər gün səni görürəm, hər gün yanına gəlirəm, sənə güllər gətirirəm. Yalandır məgər ?
Bəlkə mən dəli olmuşam? Danışsana, sevgilim ?!
Sənin ətrin üçün darıxmışam. Varlığınla yaşayırdım. 6 ildir səni düşünmədən saniyəm də keçməyib.
Yaxşı ki, sən dogulmuşdun , sevgilim, yaxşı ki, mənim həyatıma daxil olmuşdun.
Həsrətini çəkmiş olsam da , sən mənim üçün həmişə var olacaqsan .
Qəlbimdəsən. Mənimləsən