Həsrət Qalmişam
Pasha Guliyev tərəfindən "Şeir" bolməsinə 18:59 27 iyun 2014 tarixində əlavə olunmuşdur

Sənsizlik məni öldürür inan,
Sən gedən günnən, ölmüşəm hər an,
Neynirəm düşünüm səni hər zaman,
Onsuzda mən sənə həsrət qalmişam.

Sənnən başqasin sevə bilmədim,
Könlümü heç kimə verə bilmədim,
Sənnən sonra heç gülə bilmədim,
Həyatda gülüşə həsrət qalmişam.

Tənhaliq dərdlə dost edir məni,
Sənsiz qalmişam tənhayam, yəni,
Daha demirsən sevirəm səni,
O gözəl sözünə həsrət qalmişam.

Səndən başqa yoxdur mənim gərəyim,
Sənlə barişmaqdi mənim istəyim,
Tək səni istəyir mənim ürəyim,
Mən sənin sevginə həsrət qalmişam.

Bu sevgi uğrunda istəsəm ölüm,
Barişaq ürəkdən kədəri silim,
Nə olar geri dön qayit sevgilim,
Mən sənli günlərə həsrət qalmişam.

Gözəlim ürəyinə necə yol tapim,
Niyə yox deyəsən solub, saralim,
İstərəm sevginlə alişib yanim,
Mən sənin qəlbinə həsrət qalmişam.

Səni sevməyimə söz ola bilməz,
Yox desən buna ürəyim dözməz,
Ürəyim küsər özünə gəlməz,
Sən gedənnən üzünə həsrət qalmişam.

Sənnən sənra təklik qonağim oldu,
Sevgi bağimda çiçəyim soldu,
Şəklinə baxanda gözlərim doldu,
Mən sənin özünə həsrət qalmişam.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Pasha Guliyev
Əlaqə
Tel.:
0558221051
E-mail:
tekerem@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.03 saniye