Bir dövr gəlib, hər kəs olub hörmətə həsrət.
Qonşu, qohum-əqraba tamam diqqətə həsrət.
Düşman kəsilir ailədə hər kəs biri ilə,
Həm valideyn, həm də oğul şəfqətə həsrət.
Vardır çoxu bilmir nə yesin, çün qudurubdur,
Çoxları da ki, bir tikə çörək, ətə həsrət.
Qeyrət - deyə, vicdan - deyə bar-bar bağıran var,
Lakin özü qeyrətliyə, həm qeyrətə həsrət.
Etmə vəfa, Cinan, ömürə gəldi gedərdi,
Salmaz səni Əzrayıl o dəm möhlətə, həsrət.