Gənc könül qonaqlı, dolu gəl-getlər,
Əlində közərir tünd siqaretlər
Yenicə can verən körpə ümidlər
Sustalan bir gəncin qucağındadır
Xatirəm şəkildə, donan gülüşdə
Sabahı gözlədim dumanlı düşdə
Başıma cilvələr saçan günəş də
Dünyanın qaranlıq bucağındadır
Ürəkdən qopan bir şeir o günlər,
Qulaq as, gör nələr deyir o günlər
Bir daha qayıdan deyil o günlər
Hamısı həsrətin ocağındadır