İnanmazdım bitəcəyinə.Daha dünən kimi ağlımdadır ilk görüşümüz.Ən sevdiyim qoxun vardı boynunda.Sənin qoxun.Əllərimə toxunduğun anda içimdəki xoşbəxtlik.Sənin baxışların mənim gözlərimə qarışdı.Bilirsən vidaları sevmirəm.Mən bir səni sevirəm.Küləyə fısıldadım.Gizlincə otağına dolacaq bugün.Mənimyerimə saçlarını sığallayacaq.Və sən bundan xəbərsiz “o”nunla bir səhərə oyanacaqsan.Mən səndən xəbər alacam.Sənin mənsizliyindən.Sənin gələcəyindən ,mənə gəlməyəcəyindən.Mənim səəsizliyimdən,əslində sənsizliyimdən.Sənin gəlişindən mənə gəlmədiyin günlərdən.Unudulmuş gül kimi kitabların arasında qurutudum xəyalları.Sonra sovurdum səmaya qarışdı.Yağışla torpağa qarışdı.Günəş çıxdı,isitdi yeni bir xəyal daha qarışdı “ keçmiş”ə..Bir xəyal öldü və keçmiş olmadığını göstərdi.Cümlələr bitdi,həsrət başladı.İkidodağa ağır gəldi.Və töküldü arasından “darıxdım” dedi