Həyat bircə an dayan
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 02:01 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Həyat, burcə an dayan,
Düşənlər var gözümdən.
Düşsünlər, sürüşsünlər,
Mənlə yol getməsinlər
qoşa, çiyin - çiyinə,
Özlərinə bab ilə
getsinlər, görüşsünlər. 

Həyat, bircə an dayan,
Düşənlər var dilimdən.
Düşsünlər, əkilsinlər,
yolumdan çəkilsinlər.
Qorxuram xəta çıxar
istəmədən əlimdən. 

Həyat, bbircə an dayan,
çıxarım ürəyimdən
əziyyət verənləri,
Haqqı və ədaləti
çaş - əyri görənləri. 

Həyat, bircə an dayan,
düşənlər var gözümdən.
Çıxanlar var izindən.
İnsan tapmaq nağıldı,
Yoxsa ki, insanlığın
bünövrəsi dağıldı?
İnsan tapmaq çox müşkül,
kim tapsa min - min əhsən,
bircəciyin yüzündən


... dəfə oxunub
Qiymət: 9/10(997 səs)
[qiymət ver ]
Şərh yaz
8+12=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye