...Həyat deyir ki!
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 02:39 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Həyat deyir ki; sevdiyin insanda axtaracağın ilk şey yaxşı niyyət olmalıdır. Yoxsa başqa xüsusiyyətlərinin mənası qalmayacaq çünki.

Həyat deyir ki; dost dediyin yalnız pis günündə yanında olan deyil, eyni zamanda sevincinə də ən az sənin qədər sevinə biləndir.

Həyat deyir ki; daha əvvəl görmədiyin biriylə qarşılaşdığında ilk dəqiqələrə diqqət et. O insanın müsbət, ya da mənfi enerji verən biri olduğunu anlayacaqsan.

Həyat deyir ki; etdiyin seçkilərdən ötəri başın dərdə girsə əgər, ilk günahlandırmağın lazım olan adam sənsən. Sızlanmaq və başqalarını günahlandırmaq yerinə səhvi tapmağa çalış.

Həyat deyir ki; yıxılanda yas tutma. Nə edirsən et, amma əvvəlki halına gətir.

Həyat deyir ki; heyvan sevməyən insanlardan uzaq dayan. Təbii və gözəl olanı sevə bilməz onlar çünki.

Həyat deyir ki; insanlara özünü dəfələrlə izah etmək məcburiyyətində qalma. Ya oradan ayrıl, ya da bildiyini oxu.

Həyat deyir ki; hədəflərin mövzusunda qərarlı ol. Maneələri düşünmə. Ya bir yol tap, ya bir gətirib çıxaran vasitə.

Həyat deyir ki; instinktlərinin səsinə çox yaxşı qulaq as. Unutma ki, o qədər heyvan növü onlar sayəsində varlığını davam etdirir miliyonlarca ildən bəri.

Həyat deyir ki; özünü hörmətli bir fərd halına gətir. Əks təqdirdə, boşuna gözləyərsən başqalarının sənə hörmət etməsini.

Həyat deyir ki; başına bir şey gəldiyində, niyə başqalarının deyil də, mənim başıma gəldi bu iş deyə sızlanma, dayandığın yerə bax...

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət: 2/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye