Həyat düşüncələri: Yalanlar üzərində həqiqət
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 13:13 15 iyul 2012 tarixində əlavə olunmuşdur

Razılaşa bilmirəm... düzgün deyil... ədalətsizlikdi... haqsızlıqdı... belə olmaz... başqa cür olmalıdır. Necə? Hə başqa cür olmalıdır. Bu mənasızdı axı, belə qalsa o gec-tez məhvə məhkumdu. Elə biz də. Uzun illər coşub, indi sükunət içindədir. Niyə bitdi görəsən o xaos. Necə də gözəl idi. Qaydalar qaydasız idi. Bəlkə, qaytaraq o günləri... Yox zaman maşını istəmirəm, mən dünəndə etdiyim səhvləri düzəltmək üçün zaman maşını arzulayan, boş, sərsəri fikirlər arxasınca qaçan biri deyiləm. Mənim üçün dünən etdiyim səhvdən daha üstün olan sabahkı savabım var. Zaman maşını olsaydım insanlar yalnızca bir günü yaşayardılar, sabah yenidən dünən etdiklərini düzəltmək üçün geri qayıdacaqdılar. Bəşər xislətidir bu... Kim deyir ki, səhv etmə, günah işləmə, yalan danışma... Et amma elə et ki, sonunda savab olsun, həqiqətə sükan olsun bu yalanın...

Necə gəldi bu dünyaya bəşər övladı ilk dəfə? Hər şey yalandan başladı. Əslində ruhumuzu təşkil edən iki mənimiz bizi aparır. Yox, aparmağa çalışır düz və əyri yola. İnsan ilk dəfə fərqli bir şey edib. Həmişə tabe olduğu mənin deyil, digər bir mənin əmrinə tabe olanda o dünyanı, ətrafını dəyişdi. Bunu o özü etdi. Sadəcə daxilindəki məni ona yalan danışdı və o da aldandı. Bu yalan bəşəri bugünki həqiqətə qovuşdurdu. Yalan necə olur? Əgər o mövcuddursa niyə onun necə göründüyünü heç kəs demir, yazmır... bəlkə o dünyanın ən çirkin bir insanına və ya məxluğuna bənzəyir. Axı o yalandı, o pisdi. Amma yox belə olsa bu qədər insan qaçmazdı onun arxasınca. Yalan bir QADINA bənzəyir. Həddindən artıq gözəl amma əxlaqsız bir qadına. Belədir, yalan cəlb edir hamını özünə...

Yeni dünyamızı yalan üzərində quraq deyirəm. Yox deməyə tələsməyin. Bir bina tikiləndə onun özülü üçün elə bir şey seçirsiniz ki, ən möhkəm olsun, heç vaxt dağılmasın, məhv olmasın. Ondan sonra onun üzərində incə daşlarla istədiyinizi qurursunuz, mən də belə etmək istəyirəm. Bəşər övladına yalandan daha yaxın yalandan da ayrılmaz biri mövcud deyil. Sonra mən də onun divarlarına həqiqətdən quracam. Axı siz bir sarayda olduğunuzda onun özülün də olan çala-çopur daşları görmürsünüz. O yeni dünyamda da görməyəcəksiniz onu. Axı siz ancaq görməyə alışmısınız... İlk bəşər kimi mən də hər şeyi tək başlamalıyam. Mən də ikinci mənimə uyuram və dünyamı dəyişirəm. Qaranlıq otaqda biləyindən al qan köynəyinin üzərinə çilənən gənc oğlanın son sözləri idi bunlar...


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0239 saniye