Həyat fraqmentləri
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:59 15 dekabr 2015 tarixində əlavə olunmuşdur

Onu sevdiyindən zorla ayırıblar, zorla qaçırıblar, zorla ailə ediblər.

***

Həyat yoldaşına xəyanət edən, ölənə qədər qayınatasını oğlunun evinə həsrət qoyan, övladları arasında ayrı-seçkilik edən o qadının qızıdır.

***

Amma gedən kişinin evə qayıtmağı xoşbəxtlik vədi deyil, daha bədbəxt günlərin başlanğıcı idi.

***

Atası qızını heç vaxt övlad kimi istəməyib. Nə doğulmamışdan əvvəl, nə də sonra.

***

İllər əvvəl ailəsinin evlənməyə razı olmadığı oğlan hələ də qəlbindədir. Deyir, oğlan da hələ onu sevir. Amma evlidir, heç vaxt bir ola bilməzlər.

***

Dəfələrlə qızının ona qaytarılması üçün polisə müraciət etsə də, ərizəsinə baxan olmur.

***

Bu söz onun həyatını dəyişir, razılaşmaqdan başqa çıxış yolu qalmadığına inanır. Və hər şeyə boyun əyir.

***

Uşağı istəməyən kişinin bir gün ondan da imtina edəcəyi gün kimi aydın idi.

***

Yenə hönkür-hönkür ağlayır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0261 saniye