Həyat hekayəsi
Mehriban tərəfindən "Hekayə" bolməsinə 16:42 24 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Telefonun səsindən yuxudan ayıldı. Zəng edən anası idi. Hər səhər olduğu kimi, bugün də onu yuxudan ayıldırdı...
Elçin 18 yaşında 2-ci kurs tələbəsi gənc idi. Özü,uzaq rayondan olmağına baxmayaraq universitetə Bakıda qəbul olmaq istəyirdi. Onun bu arzusu baş tutmuşdu amma sevinci və həyacanı o qədər də çox çəkməmişdi. İlk semestirdən hamını tanımış, burdan soyumuşdu. Universitetə yaxın bir ev kirayə götürmüş, balaca qutu kimi evdə tək yaşayırdı. Gündüzlər universitetə gedir, kitabxanaları gəzir, gecələr isə evdə yada damda oturub siqret çəkir, hekayə yazırdı. Amma uzun müddət idi ki heçnə yaza bilmirdi....
.... Bugün də digərləri kimi eyni olacaqdı. Uni.də heçkimlə salam-sağol etmiyib evə qayıtmaq istəyirdi...
Dərsdən çıxıb sürətli addımlarla evə yola düşdü. Evə getmək istəyərkən bir anda duruxdu, telefonu çıxardıb ayın tarixinə baxdı. Üzü gərginləşdi. Bu gün ayın sonu idi. Kirayəçisi yəqin ki səhərdən qapının ağzındaydı. Ailəsi bu ay kirayə pulunu biraz çox gecikdirəcəkdilər. Evə getmək olmazdı...
Qarşısına çıxan birinci kafeyə girib, stolu çəkib oturdu. Ofisiantdan bir kofe istədi. Dalğın baxışlarıyla sağı- solu incələdi. Gözləri qarşıdakı masaya ilişib qaldı. Uzun, qəhvəyi saçlı bir qız. Başını önə əyib, kitab oxuyurdu, saçları üzünə tökülmüşdü. Pəncərədən içəri sızan gün işığı, qızın saçlarını parladırdı. Nəfəs almadan, bir müddət bu mənzərəni izlədi. Canlı rəsim kimiydi hər şey. Sonra ofisiantın gəlişiylə sehr pozuldu. Kofeni götürüb, təşəkkür etdi...
Səhəri gün dərsdən çıxanda evə yola düşdü. Dünənki mənzərə artıq yaddan çıxmışdı. Dalğın yeriyərkən dünənki kafenin qabağında dayandı. İçəri keçib həmin yerdə oturdu, qız da oradaydı. O, adətən heç kəsi bəyənməz, dostluq qurmaq istəməsə də, bu qızla tanış olmaq istəyirdi, əmin idi ki, belə gözəl qızın mütləq bir "xarabı" olacaqdı. Fikrinə əmin olmaq üçün qızın masasına yaxınlaşdı:
-Salam, bağışlıyın olarmı oturum?
-Salam...  əlbətdə buyurun
-təşəkkürlər, nə oxuyursuz?
-roman,
- nədən bəhs edir?
- həyat hekayəsidi .
- bilirsiz, məndə romanları çox sevirəm
-eləmi? Hansıları?
- Çərpələng uçuran, norveç meşəsi, kimyagər, cinayət və cəza...
-bəzilərini oxumuşam....
Bir müddət sonra söhbət uzandıqca uzandı. Saat gec idi:
-Getməliyəm   
-sənlə danışmaq çox xoş idi.
-sənlə də.
Bundan sonra bir həftə hər gün o kafeyə getdi. Qız ona ilham verirdi . Bütün işləri yoluna düşmüşdü.
Bazar günü sözləşdiyi kimi  kafeyə qızın yanına gəldi.  Qızı həmişəki yerində görüb sevindi. Üzündə təbəssüm, yaxınlaşıb əyləşdi. Nədənsə qız həmişə ondan qabaq burda olurdu.
"Heç vaxt gecikmir" deyə düsünüb öz-özünə gülümsədi....
Söhbət edirdilər, amma oğlan onu heç dinləmirdi. O qədər heyran idi ki o qıza. Anidən, nəsə yadına düşübmüş kimi duruxub qızın sözünü kəsdi.
-Aysel!
-bəli
-bilirsən səninlə danışmaq, hmm necə deyim mənim çox problemim var idi amma sən sənn, hmm.
-(gülümsəyir)
-aysel
-eşidirəm.
-Səni sevirəm... İstəyirəm sevgilim olasan.
Qızın üz ifadəsi anidən dəyişdi. Sanki saniyələr içində üzü qocalmış kimi, boynunu əyib gözünü əllərinə zillədi. Elçin bunu gözləmirdi. Duruxdu,
  axı hərşey yaxşı idi.
-Aysel bir söz demiyəcəksən?
-hmm m Elçin bilirsən, mənn mənn... heçnə deyə bilmərəm.
-necə yəni? Axı bizdə hərşey çox yaxşıdı niyə də olmasın axı?
-bağışla Elçin amma yox.

Həyatında ilk dəfə sevib, etiraf etdiyi qızdan rədd cavabı almışdı. Anidən, masadan qalxıb, sürətlə kafedən çıxdı. İri addımlarla evə tərəf yeridi. Öz-özünə deyinirdi:
-Yox?? Necə yəni yox. Olmaz. Səbəbi olmalıdı axı. Yüz faiz sevgilisi var. Hə, hə sevgilisi var, hə bəs mənlə niyə danışırdıne? İndiki qızlar hamısı bir deyilmi. 3 günlük macəra axtarırlar, ciddi birşey olduğunu hiss edən kimi qaçırlar. Eh, ağılsız başım!

Evə çatmağa az qalmışdı. Əlini cibinə atanda, telefonunu tapa bilmədi. Yadına düşdü, axı kafedən dalğın halda çıxmışdı. Tez qaçaraq geriyə qayıtdı...
Çatanda, qız hələdə orda oturmuşdu. Bir anlıq qapının ağzında duruxdu. Axırda qərara gəldiki qız masadan qalxıb gedəndən sonra telefonu götürsün.
Yan masadan bir qadın qalxıb, qıza yaxınlaşdı. Oğlan duruxdu, qadının əlində əlil arabası varidi. Qızı qucağına alıb, arabaya əyləşdirdi. Deməli buna görə...
...Bununla başa çıxa biləcəyini düşünmədi və sürətlə arxasını dönüb uzaqlaşdı...


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0253 saniye