Həyat keçdi belə oyun oyuncaq
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 22:25 14 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Həyat bizə oyun qurdu oynadıq

Dayan dedi, bəsdir dedi, doymadıq

Qazanda acıq verdik, uduzanda cırnadıq

Həyat keçdi belə oyun oyuncaq

 

Həyat yoldur, yarı dağdı, yarı çöl

İstər yaşa, istər sürün, istər öl

Uşaq vaxtı çox gülərdin, indi gül

Həyat keçdi belə oyun oyuncaq

 

Aşiq olduq, bir gözələ vurulduq...

`cız` dedilər, dinləmədik, qovulduq

Allah olduq, insan kimi soyulduq

Həyat keçdi belə oyun oyuncaq

 

Bir ömür var, nə sənindi nə mənim

Qayıq sənin, yelkən mənim yelkənim

Ey Allahım, sən mənimsən, mən sənin

Həyat keçdi belə oyun ouncaq


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0592 saniye