Həyat kitabxanası
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:32 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Həyat kitabxanasının tozlu rəfindən
Ömür yolu adlı kitabı aldım,
Sir dolu macəranın hər səhifəsindən
Ötüb keçənləri yadıma saldım

Səhifələr çevrilir, illərsə ötür
Hər sözdə bir dənə səhv çıxır üzə
Ağıl deyir səhvindən bir az dərs götür,
Ürək qulaq asmayır deyilən sözə

Nə olsun bu əsər səhvlə doludu
Səhvləri düzəltsəm marağı itər
Enişli yoxuşlu həyat yoludu
Maraqlı yerində anidən bitər

Həyatım yazılıb mənim an-ba-an
Qələmi əlimdə özüm tutmuşam
Görəsən nə qədər keçib ki zaman
Yazar olduğumu mən unutmuşam

Hər kəsin yazmağa bacarığı var
Hər bir kəs öncədən seçimin edir
Kimisi yazar olur, kimi bəstəkar
Kim isə şairlik yoluyla gedir

Qorxu hissi bürüyür insanın canın
Yarımçıq qalacaq deyə bu əsər
Əziyyətlə yazılmış həyat romanın
Uzaqdan gələn səs yarıda kəsər

Kitabxana bağlanır, oxunu bitir
Kitabxanaçı zamanı yadımıza salır
Oxuyanlar-yazanlar yavaşca gedir
Kitablar o tozlu rəflərdə qalır

Bu rəflərdə hər kəsin kitabı varsa,
Hər biri ayrıca ağırdı yaman
Bir gün kitabxanaçı səni çağırsa
Deməli vaxt dolub, yetişib zaman.

 04.03.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0285 saniye