HƏYAT NƏDİR?
Sevinc Bayramova tərəfindən "Digər yazılar" bolməsinə 21:50 25 noyabr 2012 tarixində əlavə olunmuşdur

Həyat bəzən, bir xəstəxana otağında zamanı qovalamaqdır.Zaman xəstəxana otağındakı qədər səssiz və yavaşsa əgər,yalnızlıq da yoldaş olur bu qovalamacada xəstəyə

Həyat bəzən, səki daşlarını sayaraq yeriməkdir.Bəzən,yorulmaqdır yerimədən,bəzən peşmanlıqdır,bəzən muştuluq...

Həyat bəzən,incitməkdir bir ürəyi.bəzən icilməkdir.İncidərkən nə dərəcə acımasızsan incinərək də o dərəcə acı doluşundur.Amma əsla tələyədüşürmək deyil yada əsla arxadan vurmaq deyildir,əsla!...

Həyat bəzən,sevməkdir bəzən,gözlərin başqa bir şey görməsidir,bəzən sevdadır.Bəzən səssizliyi incitməmək naminə susmaqdır,bəzən əssizliyə inad danışmaqdır qışqıra qışqıra.

Hətyat bəzən,bir sirdir qulaqlara səssizcə fısıldanan bəzən,divarlardan çəkinəərk danışdığımız sirrin daha çox insana çatdırıldığını görməkdir,bəzən olabildikcə güvənməməkdir heçkimsəyə,bəzən durğunluq...

Həyat bəzən,qəlbin hörümcək toru bağlamasıdır bəzən,ailə şəkillərinə poz verərkən gülməyə çalışmaqdır bəzən,qəhqə ilə gülməkdir heç gülünməyəcək şeylərə bəzən,qəmginləşməkdir.

Həyat bəzən,haqsızlığa düçar olmaqdır.Bəzən kinlənməkdir həyasızca,bəzən inciklikdir,bəzən incimək.Amma əsla giley etməməkdir,əsla!...

Həyat bəzən,ovuclarında böyütdüyün hirsdir.Bəzən vicdan əzabıdır ürəyimizi ağrıdan,bəzən kabusdur bəzən,yel dəyirmanlarına hücum etməyə çalışmaqdır,bəzən cəsarətdir...

Həyat bəzən, "İnsan olmaq" və "İnsan yerinə qoyulmağı" istəməkdir.Bəzən qadağalarla rastlaşmaqdır,bəzənqapılardan qovulmaqdır bəzən nifrətdir,bəzən susqunluq...

Həyat bəzən,xəyalların gerçək olmasıdır,bəzən gerçəklərin isə acı olması,Bəzənümiddir bəzən pessimizm...

Həyat bəzən,gündə beş dəfə səcdəyə əyilməkdir zikri ilə,bəzən dua etməkdir bəzən şükretməkdir.Amma əsla üsyan etmək deyildir,əsla!... 

Həyat bəzən,dostluqdur nadir hallarda rastlanan.Bəzən qardaşlığın əlçatmaz dadına ərişməkdir bəzən ayrılmaqdır vidalaşmadan,bəzən həsrətdir,bəzn vüsaldır...

Həyat bəzən,fəsillərin dadına çatmaqdır.Bəzən kabusdur,bəzən qaçışdır,bəzən unutmaqdır,qaçdığında unutmaqdır...

həyat bəzən əziyyətdir çəkilməsi gərəkən.Bəzən canından bezməkdir,bəzən bezikməkdir hərşeydən.Bəzən hər fəsil istisiylə bir ana qucağıdır,bəzən öldürən soyuğuyla savaş...

Həyat bəzən,düşüncəsizlikdir,bəzən qayğısızlıqdır...Bəzən cibələri həyatla doldurmaqdır,bəzən hərşeyə baxmayaraq ölmək...

Həyat bu!...Nə axtarsan var...

Həyatdımı bu?...


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0272 saniye