Gəlib dursan hüzurumda, nə ağzımda dil dönər,
Nə də heç nə itirmərəm bir an göz yaşım axsa,
Sənlə vidalaşa bilsəm, zaman keçər, il dönər,
Bəlkə bir gün Allaha da üz tutaram nə vaxtsa
Güzgüdəki əksinə də səni qısqanıram mən
Sənsə bir gün Allahına qısqanacaqsan məni
Cızdığım bu üçbucağın çıxarıb çevrəsindən
Dolaşdığım döngüdən də qurtaracaqsan məni
Biz üçümüz elə gözəl həmdəm ola bilərdik,
Yer kürəsi cənnətimiz, biz Həvva ilə Adəm
Həmin buğda ağacından meyvəni də yeməzdik,
Qarşı gəlib oynanılan oyuna əzəlindən
Nə yaşatdı anlamadım heç fələyin axarı
Nə qış kimi qış olmadın, nə də fərəhli yaydın
Ya həyatın əvvəlisən, ya həyatın axırı
Kaş deyirəm, sən həyatın elə özü olaydın...