Həyat öldükdən sonra başlayır...
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 21:37 02 yanvar 2014 tarixində əlavə olunmuşdur
Bir qoca dedi ki, "həyat öldükdən sonra başlayır"..
Hansı qoca?

O qoca zaman idi.. Hər dəfə eyni şeyə şahid olub susan, eyni insanları fərqli simalarda görüb gözlərini yuman zaman idi..
O qoca bilirdi ki, həyat biz nəfəs aldğımız müddət ərzində yoxdur. Çünki həyat həyatı yaşayanlara rəğmən yox idi. 
 Biz isə onsuz da yaşamırdıq. Yaşayanlara mane olurduq. 
O qoca deyirdi ki, zaman fərqli məkanlarda ayrı ayrıdır. Lakin məsafə eynidir. İnsanlar və hisslər arasındakı distansiya biz Utopiyada olsaq belə var..
Beyinlər ölümü çıxış yolu hesab edirlər. İnsanlar bu dünyanı cəhənnəm bilirlər. Deməli, hardasa cənnət də var.. 
Bəziləri ölümdən sonrakı həyatı anlamaq üçün yaşayırlar. Yəni insan nəfəs alaraq da ölə bilər. 
Sübutu aynadadır.. 
Qoca zaman mənə dedi ki, aynalar qırıldığında bədbəxtlik gətirər. Bəs o aynalara baxılmadığında? 
Həə.. o aynalara baxılmadıqda isə ayna küsər.. Ona sonu yaxınlaşdırar.
Amma həyat öldükdən sonra başlayır.

Yerin üstündəkilər bizə bərabərsizliyi, yerin altındakılar hamının bərabər olduğunu öyrətdi. 

Mən bunu sizə sübut edə bilmərəm. Amma ki, inanıram. Ölümdən sonra həyat başlayır. Çünki həyat "bərabərsizlik üzərinə qurulan ədalət deyil" 
Həyat.. sən onu yaşamağı istədiyin müddət var. Və biz anca ölümün xəyalın qurduğumuza görə bu alınmır..

Sağol Qoca Zaman..


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0279 saniye