Həyat səni imtahana çəkəndə...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:38 05 dekabr 2016 tarixində əlavə olunmuşdur

Həyat səni imtahana çəkəndə,
Üzü ağ ol,yaxşıca çıx sınaqdan.
Könül qırma,sinələri dağlama,
Qoru özün el içində qınaqdan.
****
Günlərini yaxşılıqla qurginən,
Mərdlər ilə oturginən,durginən.
Elə yaşa,ömür başa vurginən
Göz yaşların süzülməsin yanaqdan.
***
Yeməyəsən yetimlərin malını,
Kəsməyəsən dostla haqqı sayını.
Yaxşı olmaz,düşün-daşın dalını,
Var istəmə beşcə günlük qonaqdan.
***
Dost-tanışa kömək elə,ver əli,
Dar günündə çün onlardı təsəlli.
Çalış,sənə çəkməsinlər məsəli,
Bəyənmədi bağa,çıxdı çanaqdan.
***
"Kül təpəcik,əski pambıq bez olmaz",
Nadan kəsdə insaf,mürvət gəz,olmaz.
Quyulara tökmək ilə su dolmaz
Mövlud verməz nəsihəti nahaqdan.

19.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+36=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.026 saniye