Həyat yatmamıza mane olan kabusdur
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 15:27 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Oskar Uayldın həyata dair fikirləri

Təcrübə insanların öz səhvlərinə verdikləri sadə addır.

Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər, bəzən isə bağışlayırlar.

Hər  mövcud  incə və gözəl bir şeyin arxasında bir faciə durur. Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.

Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol.Heç nədən qorxma.

Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqləri kəsmənin də ən yaxşı yoludur.

İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun  alicənab məqsədlərindən törəyir.

Optimizmin əsası büsbütün bir dəhşətdir.

 

Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər.

Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.

Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil. Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz  qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq.

Günah insanın üzündə yazılır, onu ört-basdır etmək olmur.

Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda,sevgi pəncərədən uçub uzaqlaşır.

Hər həzzdə bir zalımlıq yer alır .

 

Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar.

Xırdalıqlara varmaq çox bayağıdır.

Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən  öyrənilməsi vacib olan şey,  heç vaxt öyrədilmir.

Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox.

Kişilər sevəndə həyatlarından çox az şey qadınlara verirlər,qadınlar isə əksinə,hər şeylərini.

Biz hamımız zibil qutularındakı zibillərik, ancaq bəzilərimiz üzü yuxarı—ulduzlara baxır.

Kişilər qadınların ilk sevgisi, qadınlar isə kişilərin son sevgisi olmaq istəyirlər.

Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir. İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar, ya da zəhlətökücü.

Dünyada heç nə evli qadının sadiqliyinə bənzəmir, heç vaxt evlənməmiş kişilər bunu bilməzlər.

Əgər bir kitabı dönə-dönə oxumaqdan həzz almırsızsa, onu heç oxumayın!

Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil, başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir.

Sevilən kim yoxsuldur ki?

Həyat heç vaxt ədalətli olmayıb. Yaxşı ki, elə çoxlarımız üçün o, ədalətli deyil.

Axmaqlıqdan başqa günah yoxdur.

Yaşlılar hər şeyə inanırlar, orta yaşlılar hər şeyə şübhə ilə yanaşırlar, gənclər hər şeyi bilirlər.

Uduş kartları olan hər kəs ədalətli oynayır.

Bir valideyinini itirmək bəxtsizlikdi, hər ikisini itirmək etinasızlıq.

Özünü düşünməyən adam heç ümumiyyətlə düşünmür deməkdir.

Nə vaxt insanlar mənimlə razılaşırlarsa,həmişə düşünürəm ki,mən yanılıram.

Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır.

Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası.

Həyat yatmamıza mane olan kabusdur.

Çox adam dostlarının uğursuzluğuna məyus olur, ancaq az adam onların uğuruna həqiqətən sevinir.

Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərərlər.

Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin. Bədənimi ruhumdan ayırmaq üçün içirəm.

 

Əsl dostlar səni öndən bıçaqlayırlar.

O qədər ağıllıyam ki, özüm özümdən baş açmıram. Heç kim öz keçmişini satın ala biləcək qədər varlı deyil.

Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.

İnsan qeyri-mümkünə inana bilər, ancaq ağlasığmaza heç vaxt. Bir insanın keçmişi elə onun özüdür, bu, insanları  mühakimə etmənin yeganə yoludur.

Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir.

Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur..

 


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0268 saniye