Həyat yoldaşı
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 23:19 18 iyul 2015 tarixində əlavə olunmuşdur

Baxçamda əkdiyimiz gül
Hər səhər ağacda oxuyan bülbül
Hər şey səni mənə xatırladar
Sən sevərdin gecələr gəzməyi
İşıqlı məhləmizdə sən sevərdin rəngli işıqları
Amma heyif sən gedən gündən bəri sökdülər məhləmizi
Kənarda bir daxma düzəltdiyimi görürsənmi
İçində yanan tək bir şamı bilirsənmi
Sən gedəndən sonra
Qələm və vərəqlər sevdi məni
Hər dəfə qələmi yenisi ilə əvəz etsəmdə
Ancaq səni əvəz edə bilmədim
Ona görə də çürümüşəm artıq solğunam
Yeni dünyaya gedirəm durğunam
Son məktubda yazmışdım insanlara
Cismi olmasa da ruhuna vurğunam…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0261 saniye