Bəzən ağlayırsan bəzən gülürsən
İllər necə ötür, keçir bilmirsən
Bəzən mümkünsüzləri istəyirsən
İstəyini real eyləmir həyat
Həyat belədir suallarla dolu
Cavablarını tapsan olmaz sonu
Yeni bir sual ayrı həll üsulu
Daha bir sual çətinləşir həyat
Mən Bakıya deyirəm dərdlərimi
Dostum olmadı dinləyə dərdimi
Kimə dost dedim verdim öz sirrimi
Kürəyimdən vuraraq getdi həyat
Çoxları deyir həyat mənasızdı
Məncədə bu həyat çox mənasızdı
Bəziləriçün həyat maraqlıdı
Ancaq yenədə mənasızdı həyat