Həyat
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 13:40 02 yanvar 2018 tarixində əlavə olunmuşdur

Hər yolda çuxura rastlasam belə,
Atdığım addımdan şübhə etmədim
Dünyada neçə yol qət etdim amma,
Həyatda bir addım önə getmədim

Nə bir körpə ağac əkdim,
Nə bir çiçək bitirdim
Dünyaları arzuladım,
Cahanları itirdim

Səhv etdim, zərbəsin endirdi həyat
Dilimi dişlədim, sözümü uddum,
Ümidlə bəsləyib özüm özümü
Neçə gülü soldurdum, çayı qurutdum

Düzü saymamışam, deyə bilmərəm,
Səhvimin yanında çox da az gələr
Həyat təqvimində qışı gözləsəm,
Mənim acığıma yenə yaz gələr

At muraddır deyiblər, mən inanmışam
Verilən vədlərə, deyilən sözə,
Çox at yəhərləmişəm, çox at çapmışam
Hamısı yoxuş görüb, çıxmayıb düzə.


02.01.2018

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0232 saniye