Həyata baxanda gördüklərim...
Gülnar Hüseynova tərəfindən "Esse" bolməsinə 13:41 03 yanvar 2017 tarixində əlavə olunmuşdur

Uşaq vaxtı ele bilirdim ki,yüksək bir yerə çıxıb oturaraq,ayaqlarımı salla-sallaya,həyata tamaşa edə bilərəm.İnsanlar həmişə həyatı bir tamaşaya bənzədir,çox vaxt bu tamaşanın baş qəhramanları özləri olurlar.Mən də belə düşünürdüm,lakin böyüdükcə dərk etdim ki,doğrudan da həyat bir tamaşadır!Bizdə onun seyirciləri;hansı o seircilər ki,xoş anlarlada,xoş olmayan anlarlada rastlaşırıq.Daha yüksək yerlərə çıxıb,həyatı seyr etməyimə ehtiyac qalmır.Elə həyatı hər yerdən izləmək olurmuş.Məsələn:balkona çıxıb,əlimdə isti kofemlə ətrafa baxıram,bir tərəfdə hələ də həyatın acılarından-ağrılarından xəbəri olmayan uşaqlar top aynayırlar.Bir tərəfdə yaşlı bir dayı arabaya xlor şüşələri yığıb,xlor deyə-deyə qışqırır,hansı ki,indi o dayının evdə oturub çay içən,nərd oynayan vaxtıdır.Digər bir tərəfdə isə yeni binalar tikilir.Ustaların səsi bir-birinə qarışır,hansı ki, o ustalar ki,sevinirlər ki,indi əlimizdə işimiz var,5 gündən sonra isə o işin olub-olmaması artıq onlara naməlumdur.Kofem bitdikcə ətrafda heçdə ürək açıcı bir mənzərə görmürəm,bir o uşaqarın oynadığı oyundan başqa.Hazırlaşıb evdən çıxıram ki,biraz dolaşım.O qədər fikirli oluram ki,hətta tanış biri məni görüb salam verdikdə belə duymuram.Dolaşdıqca başqa bir mənzərəyə rast gəlirəm.Ağsaqqal bir dayı taksi şoferidir,qışqıra-qışqıra öz taksisine kilent yığır ki,axşama evə gedəndə əlinə alacaq bir torbası olsun.Evə gedəndə əli boş getməsin.Məni ən çox ağrıdan mənzərə,cavan oğlanların metrolarda maşurutlarda əlində mendil və ya başqa əşyalar satması,bu vaxtında qayğıya ehtiyacı olan ağsaqqal babanın limon satmasıdır.Hər gün ətrafımız genişləndikcə,müxtəlif insanlar tanıyırıq,qəribə tərzləri,müxtəlif görünüşləri insanlar tanıyırıq,söhbətləşirik,hələ də elə insanlar var ki,dünyanın nə sonudu nə də əvvəlidi hələ də bilmir,amma elə insanlar da var ki,həyatın heç bir acısını dadmadan yaşayırlar.Mənə görə elə insanlar bəlkədə dünyanın ən bədbəxt insanlarıdır.Həyatı bir stolüstü nərd oyunlarına,qumara bənzətməyək.Bəzən bir-birimizə belə bir sual veririk.Həyat mənasızdır ya insanlar? Aldığımız cavab:həyatı mənalıdır,həyatı mənasız edən insanlardır.O insanlar ki,həll edə bilməyəcəkləri problemlərə görə,o həyatı mənalı yaşaya bilmirlər.Elə məhz bu səbəndən də həyat onlara mənasız gəlir.Həyat-bəzilərinin əlində oyuncaq,bəzilərindı çətin bir yol,bəziləri üçün sevgi,bəziləri üçün məqsəd.Bəzilərinin əlində isə həyat xoşbəxt yaşamaqdır,ölümə hazır olmaqdır,dəyər verməkdir.Mən isə deyərdim ki,həyat aşiq olmaqdır.

Gülnar Hüseynova


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0272 saniye