Həyata Gülümsə..
Həmid Babayev tərəfindən "Elmi məqalə" bolməsinə 11:00 10 avqust 2014 tarixində əlavə olunmuşdur

Nəyə İnanırsınız? 

İnam İnsanı ayaqda tutan və Yaşama ümid verən, bütün yollar bağlıykən, insanın qəlbinin bir köşəsində sönməyən bir şam işiğıdı. İnamlı olmaq yaçamaq deməkdi. Nəyə İnanırsınız? Tanrıya? Sevgiyə? Var oluşa? Bərabərliyə? Yoxsa başqa bir şeyə?

Həyatımızda ən az bir dəfə kiməsə və ya nəyəsə inandığımızı dilimizə gətirmişik. İnanmağın mahiyyəti nədir bəs? Öz pəncərəsini silib buna baxmaq istəməyənlərə mənim pəncərəmdən baxaq bu anlayışa.

Fizika haqqında primitiv də olsa anlayışı olanlar bilir ki, belə bir qanun var ki, Hər hansı bir cismin, obyektin, predmentin və ya adına nə deyirsinizsə artıq, hal hazırki fiziki halını təyin etmək üçün Onu başqa bir anlayışa nəzərən ölçürlər. Yəni, Mənə nəzərən, sizin sürətiniz, müşahidəçiyə nəzərən ya da piadaya nəzərən maşının sürəti və.s. hansısa obyektə nəzərən ölçmənin önəmi nədən ibarətdi? Önəmi bizə ölçə biləcəyimiz və daha irəlisi tutuna biləcəyimiz bir "əl" verir. Əgər fiziki olaraq hansısa obyektin varlığını qəbul etməsək onda nəyə əsasən deyək ki, mən Yer kürəsində yaşayıram. deməkki əvvəlcə nəyəsə nəzərən bu fikr yönəltməliyik. Yer kürəsində yaşadığımızı demək üçün əvvəlcə Yer kürəsinin var olduğuna və adına Yer, Earth, Dünya deyildiyini qəbul etməli və inanmalıyıq. 

İnamın mahiyyəti yapışacaq bir budaqdı. Bəzən birisi qarşınıza oturar və boşluqdayam deyər. " Necə olduöumu bilmirəm, sanki boşluqdayam". Məsləhət verərsiniz, qəbullanmaz. Öz istədiyin kimi et deyərsiniz, yenə fərq etməz. Səbəb şəxsin nə öz daxlindəki anlayışları qəbullanmaması, nə ətrafın önərilərini qəbullanmamasıdır. Tutunacaq heç bir budaq yoxkən, insanı gözləyən bir yer var. Boşluq..

İnsanın nəyə və ya kimə inanmasının fərqi yoxdu, Əsas olan inamdı. İnam Qəlbi yaşadan gücdü. Çünki inam əsasında ümid doğular. İnamsız ümid etmək bilə bilə zəhər içməkdi. Həm də qurtum qurtum.. Yavaş yavaş.. Astaca öldürər İnsanı.. İnandıqlarınız yolunda çalışarkən ümid etmək qüvvət verər var oluşunuza. İnsanı gələcəyə doğru, düşündüklərinə və arzuladıqlarına doğru addım addım aparan İNAMdır. 

İnanın, Sevin və ümid edin. "Bir parça ümidin heç kimə zərəri yoxdu." John Green.


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Həmid Babayev
Əlaqə
E-mail:
dchamid27@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0332 saniye