Adamlar öz asudə vaxtlarını nəyə həsr etməyi bacarmayanda faydasız məşğələlərə və əyləncələrə baş qoşurlar.
Ağıllı adam odur ki, dediyinin nəticəsini əvvəlcədən görə bilsin.
Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil.
Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var…
Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun.
Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir.
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.
Həyatı onun mənasından artıq sevmək lazımdır.
Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım.
Hər kəs hər şeydə cavabdehdir.
İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.
İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır.
İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım.
İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz.
İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.
Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.