Həyatda qalanlar isə…
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:42 27 aprel 2015 tarixində əlavə olunmuşdur

O gecə elm adamı ilə enerji bloku arasında mübarizə gedirdi. Nəzarət otağındakı işçilər ona etiraz edə bilmirdilər. Orada onun qədər güclü xarakterli və professional səviyyədə fikirlərinə hörmət edəcəyi heç kim yox idi.

Əks reaksiyalara rəğmən testlərə davam etdi.

Onun qaranlıq sirri var idi. Nüvə qəzası nəticəsində güclü radiasiyaya məruz qalan 6 yaşlı oğlu digər uşaqlar kimi ümumi xəstəlikdən “leykemiya”dan dünyasını dəyişmişdi. O vaxtki qəzanın da günahkarı özü idi. Başına gələn faciə onu dəyişdirmişdi. Daha qəzəbli və tələbkar olmuşdu.

O gecə məqsədi oğlunu ondan alan nüvə reaktorundan daha güclü olduğunu sübut etmək idi.

Gecə yarısı bir-birinin ardınca iki böyük partlayış baş verdi. Qorxunc və qaranlıq səs. Zəhərli qaz buludları. Radioaktiv tozlar uzun illər yaşamağa davam etdi.

Partlayış zamanı 25 nəfər öldü. Həyatda qalanlar isə…

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0425 saniye