Həyatım əlimi heç buraxmayır.
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 22:50 04 iyun 2014 tarixində əlavə olunmuşdur

  

Dərdimin üstünə dərd gəlir sənsiz,

Gözlərimdə yaşlar heç qurumayır.

Həsrət ürəyimə od qoyur sənsiz,

Bu ömür şəlaləm heç durulmayır.

 

Yalançı sevdaya mən necə yandım,

Yetim bir ümidlə mən necə qandım,

Həsrətlə tək səni mən necə andım,

Əzabı ürəyim heç unutmayır.

 

Son görüş anında səssiz baxışın,

Qəlbimin içində son hayqırışın,

Qəlbimə dikdiyin hər bir naxışın

Ruhum bu dünyamdan heç qoparmayır.

 

Sadiqin qələmi qan ağlar bu gün,

Islanıb göylərdən eşq ağlar bu gün,

Dünya üsyan edər,can ağlar bu gün,

Həyatım əlimi heç buraxmayır.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0265 saniye