Həyatımızın bir parçası da onlardır...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 21:55 11 yanvar 2014 tarixində əlavə olunmuşdur
   Sosial şəbəkələr demək olar ki, bu gün hamımızın həyatında böyük rol oynayır.Bəzilərimizin həyatını isə bunlarsız təsəvvür etmək mümkün deyil.Maariflənmək üçün istifadə edənlərdən tutmuş min cür  hoqqadan çıxanlara kimi istifadəçiləri var bu sosial şəbəkələrin.Əsrarəngiz söyüşlər görüb öyrənmək istəyənlər sosial şəbəkələrə baş çəkə bilər. Başlayaq bu dəfə youtubedən.Bu şəbəkədə hansısa bir videonu açıb izləməyinizə peşiman olacasınız doğrusu.Çünki, hansına yazılan şərhlərə nəzər salsanız söyüşdən,təhqirdən,vulqar ifadələrdən başqa bir şey görməyəcəksiniz.Normal bir video olsa belə mütləq təhqiredici bir şey yazılmalıdır.Hələ kiminsə yıxılmasına,əyin-başını soyunmasına,kiminsə geyiminə küləyin təsirdən doğan vəziyyətə bildirilən fikirlərdən danışmıram.Bu cür fikirlər tək bizim ölkədə deyil, hər yerdə var fəqət biz namus, qeyrət,şərəf bilən, eyni zamanda da kimisə pis bir hərəkətinə görə barmaqla göstərən insanlara sahib millətik.Bəzi yerlərdə başqalarına ağıl öyrədib "Burada qız var.Belə danışma." deyənlər bu kimi şəbəkələrdə özləri öz qanunlarını pozurlar.Kimisə hansısa bir hərəkətinə görə söyüb, təhqir etməklə nəyəsə nail olunduğunu görülməyib hələ ki(görən olsa xəbər versin biz də bilək)Bu kimi hallar təkcə youtubedə deyil, facebookda da mövcuddur hətta xəbər səhifələrində belə qarşına çıxması adi bir hala çevrilib.Bu haqqda qərar qəbul edildi ölkəmizdə və 6 ayadək həbs və digər cəzalar nəzərdə tutuldu amma bunun bir nəticəsi hələ də yoxdur.Görünür, həbsxanalarda məhbuslara o qədər yaxşı baxılır ki, artıq insanlar həbsə düşməkdən belə çəkinmir.Bəziləri də var ki, bu qərarın mənasız olduğunu Azərbaycanın bu qanuna hazır olmadığı fikrini irəli sürür beləliklə də, özbaşnalıq baş alıb gedir.Bununla haqq qazandırmıram yuxarıda sadaladıqlarıma və təhqirə məruz qalanlara sadəcə hər şeyin bir həddi var və çalışaq o həddi aşmayaq.

... dəfə oxunub
Qiymət: 5/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0206 saniye