Güzgüdə saqqal basmış üzü, yorğun gözləri olan, saçları ağarmağa başlayan bir kişi görür...Bu qədər əldən verilmiş imkanlar, bu qədər məyusluqlar!..
Onunla yanaşı iki qadın da güzgüyə baxır. “Həyat qısadır”, - sarışın belə deyir. “Lakin qatarı dəyişib başqasına minmək üçün hələ vaxt var”, - qaraşın qadın əlavə edir. O, ayaqlarının altında tərpəniş hiss edir. İndi anlayır ki, qatardadır. Vaqon möhkəm silkələnir. Gözlərini yumur və qatarın qəzaya düşdüyünü, pəncərə şüşələrinin qırılaraq yerə səpələndiyini təsəvvür edir. Gözlərini açır. Həyat əvvəlki kimi davam edir. O, özünə gələn kimi beynində belə bir sual fırlanır: “Mən haradayam?”
Əslində nə qatardakılardan, nə də qəzada həlak olan insanlardan biridir. Əynini soyunmadan evindəki divanda uzanıqlı vəziyyətdə qalıb. Onun beyni fikir və xatirələrdən sanki partlayır, o, özünü ələ alaraq ayağa qalxır. Gün düz gözlərinə düşür. Hələ də başında ağrı, boğazda quruluq var. Sanki dünəndən bəri qum yeyib.
***
Və birdən qapını döyülür. Ayaqları sürüyə-sürüyə gəlib gözlüyə baxır. Əziz-xələf dostu. "Pff! Sən də gəlməyə vaxt tapdın da"
-Ey, bu zəhrimara qalmış qapını açacaqsan?
-Nə var?-qapını açan kimi kobud səslə soruşur.
-Zəhər var,-sakitcə sözünü deyir.
-Malik, əsəblərim pozulub onsuz da.
-Pardon, pardon, amma sənin sinir sisteminin sıradan çıxmasında mən yazığın heç bir günahı yoxdur, Ramil,-deyib evə girir.
***
Ramil divanda uzanaraq gözlərini yumub, Malik isə kresloda əyləşərək bir ayağını digərinin üstünə aşırıb. Hər ikisi 35 yaşlarında tanınmış prodüserlərdir.
-Yenə o gözəlçənin dərdini çəkirsən, Romeo qardaş?
-Malik, kinayələri yığışdır görüm.
-Mənə icrası mümkun olmayan iş təklif edirsən, canbir qardaşım.
-Səni görüm lənətə gələsən!
-Bundan böyük məmnuniyyət ola bilməz həyatda. Təşəkkürlər.
Ortalığa böyük səssizlik çökür.
***
Ramil qalxıb əyləşir, dizlərinə dirsəklənərək ona sakit baxan Malikə təbəssüm edir.
-Mənə necə dözürsən?
-Əsl sən mənə necə dözürsən?
-Bilmirəm.
-Elə mən də bilmirəm.
Qısa müddətlik sakitlik.
-İkimiz də analoqu olmayan dözülməz tiplərik də.-Malik deyir.
***
Ramil açıq eyvana keçir. Az sonra Malik də onun yanına gəlir.
-Nə var-nə yox?!
-Hm, hansından başlamağım daha məqsədəuyğundur?...Rüşvətxorluq qanuni hal alır. Səviyyəsiz verilişlər izlənmə rekordları qırır. Kitabların bahalığından şikayələnmə sayı artır. 1-2 manata görə qardaş qardaşın qanını tökür. Ər arvadın başını kəsə bilmədiyi üçün onun ailəsinə odlu tüfəngdən atəş açaraq qətliam törədir. Şou-biznes nümayəndələri bir-birlərinə təhqir ünvanlayırlar. Abort halları davamlı artır. İntihar "şou"ları hələ də davam edir.
-Rəsmən biabırçılıq!
***
Masa arxasında əyləşib qəhvə içirlər.
-Sənin işlərindən nə xəbər?
-Kenquru kimi hoppanır, qurbağa kimi səs çıxardır, bayquş kimi başını 180 dərəcə fırladır, meymun kimi tullanır, tısbağa kimi yeriyir, quş kimi uçur, qarışqa kimi özündən böyük yük daşıyır.
-Malik, stop.
-Nə var, əzizim?
-Qəhvəni iç, zəhmət olmazsa.
***
-Tez ol. Tələs. Qatar gedir,-Malik dəhlizdə aynada öz yaraşığına tamaşa edərək qışqırır.
-Gəldim, gəldim. Tonunu aşağı salsan yaxşı olar.
-Gəl görüm.Vaxt gedir e, vaxt. Qızıl nemətdir bu. Daha sənin sevginə qarşılıq verməyən gözəlçən deyil.
Evdən çıxırlar...