Həyatın rəngli tərəfini seç..
Samsam Huseynzade tərəfindən "Digər yazılar" bolməsinə 14:07 07 fevral 2015 tarixində əlavə olunmuşdur

Yazıma belə başlayım. Sizin üçün xoşbəxtlik nədədir?. Doğuluruq, böyüyürük, yaşayırıq və ya yaşamırıq. Yaşamaq nəfəs almaqdan ibarət deyil. Yaşamaq ümiddir, xoşbəxtlikdir, möcüzədir, pozitivlikdir, gülümsəməkdir, musiqidir. Kiçik xoşbəxtliklərə inanmaq, yeni həyata başlamaqdır. İnsanoğlunun xoşbəxtlik anlayışı böyükdür. Məsələn: işə qəbul olmaq, maşın almaq, yeni ev almaq, biznesmen olmaq və s. Mən bunlara xoşbəxtlik deməzdim, qismət deyərdim.

Xoşbəxtlik qəhvədir,musiqidir, rəngli qələmlərdir, filmdir, qulaqcıqdır və şokoladdır. Hər axşam özümüzə sual verək. "Bu gün xoşbəxt olmaq üçün nə etdim?". Bu sualı mən cavabsız qoymamaq üçün hər axşam qulaqcıqda sevdiyim musiqiyə qulaq asıram və üzümdə təbəssüm yaranır. Sadəcə 3 dəqiqəyə üzümüzdə təbəssüm yaratmaq çətindir?

Həyat qısadır, pozitiv olmayacağıqsa dünyaya gəlməyin heç bir mənası yoxdur. Bəzi gənclər "mənalı" yazı yazacam deyə, pessimist yazılar yazırlar. Bir parça optimistlik hər kəsə lazımdır. Həyatı dolu-dolu yaşayaq. Səhər durub pəncərəni aç, hava necə olursa olsun. Xoşbəxtliyi ciyərlərinə çək..

Əsl yaşamaq budur..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Samsam Huseynzade
Haqqında
2002.05.04.RəssamPainter
Əlaqə
E-mail:
samira-02@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0311 saniye