Heyif...
Heyif ki,toyunda olmadım sənin,
Heyif,eşitmədim "Vağzalı"səsin.
Doyunca oynardım sənin xətrinə
O toy məclisində hey dönə-dönə.
***
Heyif,göz yaşını görmədim o an,
Sevnc yaşı idi,yoxsa ki,hicran.
Qismətim deyilmiş qara saçların,
Heyif,şölə saçan al yanaqların.
***
Bir daha gülmərəm sənsizliyimdən
O toy günün mənə dərd oldu,nədən?
Başqa birisiylə vuran o ürək,
Heyif,daha mənə deyildir gərək.
***
"Vağzalı"çalındı,getdin sevinclə,
Heyif,sevincini bölmədin mənlə.
Movludun qəlbində bilmədin ki,sən
Sevgi dünyasını qoyub gedirsən.
23.11.1981.Zərdabi.(Mövlud Ağamməd)