Heyvan mağazası
Aykan Hüseynli tərəfindən "Hekayə" bolməsinə 21:17 19 may 2014 tarixində əlavə olunmuşdur

Kodi və onun bacısı April it almaq qərarına gəlirlər. Onlar ev heyvanları satılan mağazaya üz tuturlar. Yaxınlıqdakı mağazaya girirlər. Bura heyvanların az olduğu balaca bir mağaza idi. Mağazanın sahibi olan nurani, yaşlı Smit irəli gələrək onları salamladı:

“Necə kömək edə bilərəm?” – o soruşdu

“Biz it almaq istəyirik” – April cavab verdi.

“Uşaqlar, gördüyünüz kimi mağazamız elə də böyük deyil və satışda ikicə itimiz qalıb” – deyərək qoca itləri uşaqlara göstərdi. İtlərdən biri Bastr  adında böyük bir buldoq, digəri isə Tikap adlı balaca bir çihuahua idi. April Tikapı bəyəndi, Kodi isə Bastrı. Onlar hansı itin alınması ilə əlaqədar heç cür qərarlaşa bilmədilər. Sonda April belə bir təklif irəli sürdü ki, evə qədər qaçış yarışı keçirsinlər və evə birinci kim çatsa onun bəyəndiyi iti alsınlar. Kodi razılaşdı və ayaqqabı bağlarının açıq olduğunu dedi. April əyilib baxmaq istəyəndə o dərhal qaçmağa başladı. O, buldoqu, həqiqətən, çox sevmişdi və onu ala bilmək üçün var gücü ilə qaçırdı. April isə ondan çox geridə idi. Qısa bir vaxtda Kodi evə çatdı. O, çox yorulmuşdu, lakin qalib olduğu üçün xoşbəxt idi. Ondan bir az sonra April evə çatdı və qardaşını qalib olduğu üçün təbrik etdi. Onlar buldoqu almaq üçün mağazaya geri qayıtdılar, amma it artıq yox idi. Sən demə, onlardan sonra iki oğlan mağazaya gələrək iti almışdılar. Kodi çox məyus oldu və qəmgin halda dedi:

“Qalib ola bilərsən, amma bəzən mükafatı alan sən olmazsan...”

Onlar Tikapı alıb evlərinə yola düşdülər.


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
aykabsu@yahoo.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0318 saniye