heyvani, insani, ilahi...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 02:44 13 iyul 2012 tarixində əlavə olunmuşdur

Hislər... çox müxtəlidir... hərə bir cür anlayır, ona görə müxtəlifdirlər... amma mahiyyət etibarilə bir birinə çox bənzəyirlər... eyni xarakterlidirlər...

hislər... onları müxtəlif cür quruplaşdırmaq olar... istənilən quruplaşdırmaya, bölgüyə uyğunlaşdırmaq olar... tərifi yoxdu.. ona görə də istədiyin tərifi verə bilərsən... Mən öz tərifimi verəcəm...

hislər istəkdir... nəyi isə istəmək... başqa heç nə...

hislər 3 cür olur: heyvani, insani, ilahi....

Heyvani hislərdə sənin olmasını istəyirsən, sənə məxsus olmasınını... sənə və yalnız sənə... tamamilə sənin olsun... hər şeyi ilə... bölüşmək istəmirsən... ən güclü hislər bəlkə də bu hislərdi... hər şeyi etməyə qadir olur... lap heyvan öz ovunu qorumaq üçün etdiyi kimi...

İnsani hislər səninlə olmasını istəməkdir... o sənin ola bilməz... çünki o özü də bir varlıqdır və sənin kimi onun da sərbəst mövcudluq hüququnu dərk edir və höörmətlə yanaşırsan... ona görə də bu sevgidən danışanda deyirlər ki sevgi hörmət üzərində qurulub... sən onun mövcudluğuna, azadlığına və dolayısıyla qərarlarına hörmət edirsən... bu ən çox əzab verən hislərdir... çünki sənin hörmət etdiyin o azadlıq bir gün onu sənin yanından alıb aparır... o səninlə olmur...

İlahi hislər sadəcə olmasını istəməkdir... sənin deyil, səninlə deyil, sadəcə olmasını... xəyalı yetir sənə... çatılması çətin yaşanması asan olan hislərdir... artıq sənin üçün sərhədlər, məhdudiyyətlər yoxdur... o mövcuddur və o həm sənin ola bilrə, istəsən  səninlə istədiyin yerdədir və ən önəmlisi sənin gözləntin yoxdur deyə, itirəcəyin heç nəyin yoxdur... itirəcəyin yoxdursa qorxmursan... qorxmayanda isə həyatdan zövq alırsan...

ola bilər düşünürsən ki, mən hislərdən deyil, sadəcə sevgidən yazdım... yanılmırsan... amma həm də yanılırsan... bütün hislər sevginin "metamorfoz"larıdır... bu və ya digər şəkildə...

mərhəmət və şəfqət sevgiyin üçün onu itirməmək üçün qorumaqdır...

ağrı sevgini duymamaqdır...

sevinc sevginin mövcudluğuna özünü inandırmaqdır...

və nifrət... sevginin dönməsidir... sevmədiyinə nifrət edə bilməzsən... sevməmisənsə bu emosinal səviyyədə baş vermir, yəni hiss deyil... şüur səviyyəsində özündən uzaqlaşdırmadır... çünki emosional olaraq insan gözləntisi olmadığı halda heç nəyə önəm vermir... sadəcə üstündən keçir... sənin isə yalnız sevdiyindən gözləntin olur... nifrət edirsənsə demək nə zamansa sevmisən...

sevgi sadəcə istəkdir...


... dəfə oxunub
Qiymət: 6/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0674 saniye