Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allah‘ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)
Canlıların həyatlarını davam etdirə bilmələri üçün mühüm şərtlərdən biri də təhlükələrdən özlərini qormaqdır. Bu canlılardan bəzilərinin istifadə etdikləri üsulları bilirik, ancaq elələri də var ki, insanın ağlına gəlməyəcək metodlardan istifadə edir, özlərini bu yolla gizlədirlər...
Təbiət bir-birindən çox fərqli xüsusiyyətlərə və həyat tərzlərinə sahib milyardlarla canlıya ev sahibliyi edir. Yer kürəsində yaşayan heyvanlar arasında bəzilərinin güclü ovçu, bəzilərinin də ovlanılmaq üçün ov olduğu diqqəti cəlb edir. Təbiətdə elə mükəmməl harmoniya, elə həssas tarazlıq var ki, milyonlarla canlı bir-birlərinə bağlı yaşadıqları halda, bu tarazlıq pozulmur və canlılar məhv olmur. Halbuki, ov-ovçu zəncirində bir növün yox olması belə sistemin tamamilə pozulmasına səbəb olur. Şəkildəki kəpənəyin yarpağa bənzəməsi düşmənlərinin onu görməsinin qarşısını alır. Əlbəttə, bu kiçik heyvan qorunmaq məqsədi ilə öz vücudunu bilərək yarpağa bənzətmir. Hətta yarpağa bənzədiyi üçün qorunduğunun fərqində belə deyil.
Ən məşhur kamuflyaj ustası: buqələmun
Olduğu mühitə görə dəyişən buqələmun gördünüzmü? Bu həqiqətən də görülməyə dəyər hadisələrdən biridir. Çünki buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu işi etmək tezliyi ilə insanı heyrətə salır. Digər bir çox sürünənlər də rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu buqələmun qədər sürətli edə bilmir.
5 sm boyundakı buqələmun da olduğu mühitə görə rəng dəyişdirə bilir, bir-birinə bağlı olmadan hər tərəfə dönə bilən gözləri ilə ovunu tündləşdirən 'melanofor' hüceyrələrini böyük ustalıqla istifadə edə bilir. Məsələn, lazım olan zaman bədənindəki qılıfdan sıyrılaraq yeni parlaq bir dəriyə bürünə bilir.
Buqələmun bədəni olduğu mühitə görə necə rəng dəyişdirir və dərisinin ətraf mühit ilə inanılmaz oxşar olduğunu heç düşündünüz? Buqələmunlar olduqları mühitdəki rəng və şəkillərə heyrətamiz dərəcədə uyğunlaşan bədən quruluşuna sahibdilər. Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcıları, mavi və ağ əks etdirici təbəqəni və ən əhəmiyyətlisi də rəngini tündləşdirən 'melanofor' hüceyrələrini böyük ustalıqla istifadə edə bilir. Məsələn, buqələmunu sapsarı mühitə qoyduğunuzda bədəninin rənginin də sürətlə sarı rəngə çevrildiyini və mühitə uyğunlaşdığını görərsiniz. Əlavə olaraq buqələmun yalnız bir rəngə deyil, müxtəlif rənglərə də tam uyğunlaşma göstərə bilir. Bunu bacara bilməsinin sirri isə usta kamuflajçının dərisinin altındakı rəng hüceyrələrinin həcmcə böyümələri və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunlaşmalarıdır.
Mantis böcəklərinin kamuflyaj metodu
Mantis böcəkləri yaşadıqları mühitdə özlərini mükəmməl gizlədə bilən heyvanlardandır. Bir-birindən tamamilə fərqli rənglərə sahib olan bir çox növü Allah‘ın onlara verdiyi kamuflyaj qabiliyyətini ən gözəl şəkildə istifadə edir. Çox maraqlı görünüşə sahib səhləb çiçəyi üzərindəki mantis böcəyini ayırd etmək, demək olar ki, qeyri-mümkündür.
Kəpənəklərin kamuflyaj metodu
Dünyanın hər tərəfində, hər cür iqlimdə yaşayan kəpənəklər çox müdafiəsiz görünmələrinə baxmayaraq, düşmənlərinə qarşı özlərini gizləməkdə olduqca ustadırlar. Rəngarəng, fövqəladə gözəllikdəki qanadları üzərindəki naxışlar bəzən kəpənəyin qonduğu yerlə, bəzən də bir yarpaqla insanı olduqca heyrətləndirən bənzərlik nümayiş etdirir.
Buqələmunla yanaşı, bir çox heyvan düşmənlərindən qorunmaq üçün möhtəşəm kamuflyaj qabiliyyəti nümayış etdirir. Olduqca qısa müddət yaşayan, yer üzünün bəzəkləri sayılan kəpənəklər, bir-birindən çox fərqli rənglərə sahib mantislər, dənizlərin sakinləri olan balıqlar və daha çox müdafiəsiz görünən bir çox canlı göstərdiyi kamuflyaj qabiliyyəti ilə insanı heyrətə salır.
Şübhəsiz ki, Allah göstərdiyi bu dəlillərlə yer üzündəki hakimiyyətini, yaratdığı sistemin mükəmməlliyini və kainatın hər nöqtəsindəki möhtəşəmliyi görə bilən gözlər üçün sərgiləyir.