HICRAN QONAĞI
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 21:15 16 iyun 2014 tarixində əlavə olunmuşdur

Bu gecə bir hicran döydü qapımı,

O kədər dostuyla qonaq gəlmişdi.

Payıza bürüyüb tər çiçəyimi

Bir qucaq göz yaşı payla gəlmişdi.

 

Pərişan sevdamın odlu köksündən,

Yox olan ümidin son naləsindən,

Tək qalan sevdanın qəmli səsindən

Bu dərdli dünyama həmdəm gəlmişdi.

 

O eşqin günahıdı öldürən məni,

Xəyanət odudu yandıran məni,

Yorğun bir ürəkdi incidən məni

Hicran nəfəsində qəmlə gəlmişdi.

 

Yazmışdı göylərə qəm fəryadımı,

Almışdı qoynuna ahı-naləmi,

Oxlayıb ruhumda itən eşqimi

Gözlərində bir dərya ahla gəlmişdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0331 saniye