HİCRAN
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 09:36 11 noyabr 2014 tarixində əlavə olunmuşdur

Nə vaxtdır görmürəm səni, sevgilim,

Sanki uzaq düşüb ruh bədənimdən.

Gözüm görməsə də qəlbim hiss edir,

Səni soruşuram öz ürəyimdən.

 

Dörd divar, bir mənəm bir də dərtlərim.

Həzin musiqilər mənə təsəlli.

Baxır sonsuzluğa nəmli gözlərim,

Bəlkə xəyalımda yaradam səni.

 

Hər gecəm ah-vayla çıxar gündüzə,

Mənə işgəncədi bu həyat sənsiz.

Gəlsəmdə səninlə hər gün üz-üzə,

Keçirəm yanından sakit, səmirsiz.

 

Sussam günah olar, desəm dərd olar,

İndi sənin ilə sənsiz qalmışam.

Qəlbdəki sevgimi etməkçün izhar,

Bağlanıbdır dilim, mən lal olmuşam.

 

Mən həsrət qalmışam üzünə indi,

Üz-üzə əlinə çatmayır əlim.

Desəm də bu ürək yalnız sənindi,

Sözümü kəsəcək bəxtim, taleyim.

 

Düşünmə, mən səni sözdə sevirəm,

Çox söz var söyləyə bilmirəm aşkar.

Bu sözü dərk eylə, sənə deyirəm,

Sevmək mənim üçün olunmuş inkar.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0373 saniye