Böyük xəyalların kiçik evlərdə yetişdiyinə inananlardanam.Hardan bilirəm,deyə soruşsan,məndə bir vaxtlar xəyal yetişdirməklə məşğul olmuşam.
Qəribə bir düşüncəyə sahib idim.Məncə çox dil bilsəydim,hamının diqqətini özümə cəlb edə bilərdim.Həm də həmişə hamı məni yaxşıca əzişdirir və ağızlarına gələni deyirdilər.Xarici dil öyrənsəydim,onları müxtəlif dillərdə söyə bilərdim.Əlbəttə,bunlar uşaqlıqda olub.Ancaq dil öyrənmək mənim üçün basqa bir şey idi.Necə ifadə edim,özüm də bilmirəm..Bir həyat tərzi,yaşamaq üçün bir səbəb,onun uğrunda bütün cətinliklərə qarşı gələ bildiyim bir hədəf..Həftələrlə yamaqlı corabla,quru çörəklə keçinərək,universitetə piyada gedərək yığdığım pulla aldığım lüğətlər,qrammatika kitabları demək idi.
Universitetdə alman və fransız dilləri oyrənirdim.Bütün tələbəlik illərimi dil öyrənməyə həsr etdim.Artiq diplom aldığım vaxt 7 dil bilirdim.Həmin vaxt Latın dili öyrənməyə başladim.Niyə? Özümlə danışmaq üçün.Yaxsı,bəsdir,mənə axmaq,dəli ya da buna bənzər bir söz dediyini eşidə bilirəm.Hansi dildə deyirsən?Nəysə..
Diplom alan kimi məni alman səfirliyinə işə cağırdiıar.Bir az islədikdən sonra da Almaniyaya göndərdilər.Əlimə əməlli- başlı pul da keçirdi.Istədiyim kitablari almaq üçün ac qalmalı deyildim
Hə,yəqin yaşlılıqdandır bu qədər sözü çürütməyim.Bu qədər çətinlik bahasına öyrəndiyim dillərin bir gün gözümdə öz dəyərlərini itirə biləcəyini hec ağlımın ucuna da gətirməmişdim.Sanki bu hiss beynimin hansısa bir hissəsində yatıbmış və mən ölmədən əvvəl oyanmaq fikrinə düşüb.
Mən o vaxtlar tərcüməçi işləyəndə müxtəlif millətlərin nümayəndələrinə bir-birini başa salmağa calışanda onlar bir hərəkətlə işlərini həll edirdilər.Nifrət dolu bir baxış,saxta bir təbəssüm,bir əl hərəkəti bəs edirdi.Mən ancaq detalları tərcümə edirdim.
Bilmirəm,deyəsən dil öyrənməklə vaxt itirmişəm.
Bir yumruq neçə sözə bərabərdir?Bir nifrət dolu baxışı hansı dilə tərcümə eləmək olar?!
Səssizliyin verdiyi “hə” cavabını necə? Tərcümə edə bilərəm..?!
Qəlbləri fəth edən musiqini,şərhsiz rəsm əsərlərini… De! Hansı birini tərcümə edə bilər tərcüməçi...
Bax ,bunlarin heç biri tərcüməyə gəlməzdir.
Gərək ya rəssam,ya da musiqiçi olaydim.Hisslər qədər qabiliyyətli bir tərcüməçi heç vaxt ola bilməyəcəm.
Kaş insanlar da bunu başa düşəydilər.Biz tərcüməsinə, hər hansı dildə qarşılığına ehtiyac duymadığımız bir xəzinəyə- hisslərimizə və hərəkətlərimizə sahibik.Bir- birimizin bir az da düşüncə və duyğularına hörmət edək.
Bunu bir tərcüməçi,yaşlı və günləri payız yarpaqları kimi tökülən biri deyir.
Anlamaq və anlaşılmaq arzusuyla....sizlərdən biri