Hörmətli, yoxsa Dəyərli insan olmaq?
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 13:31 14 iyul 2016 tarixində əlavə olunmuşdur

Bizim  hörmətli  olmaq  istəyimiz  dəyərli  insan  olmadığımızı  göstərir. Yəni  Hörmətli  insan  və  Dəyərli  insan  eyni  bir  şey  deyil. Hörmətli  insan – cəmiyyətin  ona  “qoyduğu”  hörmət  nəticəsində  hörmətə  minən  adamdır. Onun  hörmətli  olması  üçün  başqaları, cəmiyyət  lazımdır. Yoxsa  o,  öz-özlüyündə  hörmətli  olmaz. Hörməti  yaşadan  başqalarıdır. Sən  sadəcə  buna  uyğun  hərəkət  edirsən, onu  yaradırsan. Yaşadığın  cəmiyyətin  qaydalarına  uyğun  hərəkətlərlə  hörmət  qazanırsan. Amma  bu,  keçici  və  davamlı  olmayan  bir  münasibətdir. Hər  an  dəyişə  bilər. Əsgərlikdə, məhəllədə  “hörmətli  oğlan”, “hörmət  edənə  hörmət”  kimi  vor zakon  söhbətləri  eşitmək  olar. Məs. “Sən  özüvə  hörmət  elə, sonra  bizə  hörmət  eləyərsən”  kimi. Yəni  hörmətli  insan  yaşadığı  cəmiyyətdə, məhəllədə  bu  və  ya  digər  xüsusiyyət,  keyfiyyət, hərəkətinə  görə  sayğı  göstərilən  adamdır. Bundan  başqa  pul  və  vəzifə də  adamı  hörmətə  mindirir.

Amma  mənim  tam  əminliklə  qəbul  etdiyim  “dəyərli  insan”  anlayışıdır. Bu  bizim  mühit  üçün  yad,  az  bilinən  və  işlənilən  yeni  sözdür. Mənimçün  dəyərli  insan  hörmətsiz  ola  bilər. Yaxud  özü-özlüyündə   hörmətsiz  adamdır. Onun  başqalarının  hörmətinə  ehtiyacı  yoxdur. O,  hörmətli  adam  da  deyil. O  dəyərlidir, vəssalam.

Mənim  dəyərli  insanım  almaz  kimidir; onu  palçığa  da, zibilə  də  atsan  həmişə  də  dəyərini  qoruyur. Həmişə  dəyərlidir. Çünki  onun  dəyəri  qıraqdan, başqalarından  yox, özündən  qaynaqlanır. Ona  başqalarının  hörmət  etməyi, dəyər  verməyi  vacib  deyil  ki, dəyərli  olsun... Ona  hörmət  etməsələr  də, dəyər  verməsələr  də  dəyərlidir. O,  öz  qiymətini  yox,  dəyərini  bilir. Almazın  başqalarının  ona  qiymət  biçməsinə  ehtiyacı  yoxdur. O,  qaranlıqda  da  parlaqdır. Onun  işığı  özündədir. Cəmiyyətin  sənə  münasibəti  ilə  hörmətli  yaxud  hörmətsiz  insan  olmaq  olar, ancaq bu  almaza  aid  deyil. Dəyər  ayrı,  hörmət  ayrıdır. Hörmətli  insan  dəyərsiz  ola  bilər. Dəyərlinin  isə  hörmətə  ehtiyacı yoxdur. Hamı  hörmətli  insan  ola  bilər, amma  hamı  dəyərli  deyil.

12  avqust 2015

Gəncə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+20=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0244 saniye