Hörümçək toru
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:29 16 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Kərim maşından enib ətrafa nəzər saldı. 10 yaşı ərəfəsində yaşadığı evdən və məhəllədən təzə yaşayış massivinə köç etmələrinə görə ata-anasına qızğın idi. Bacısı Leyla gözlərini geniş açaraq 3 mərtəbəli həyət evinə baxmasında idi. Kərim bacısına bir anlıq paxıllıq etdi. Ona nə var ki? 3 yaşı var hələ. Leylaya deyəndə ki, təzə evimizə köçürük, qızcığaz balaca əllərini bir-birinə vurub sevinmişdi. Amma Kərim əksinə, ata-anasının üstünə qışqırmışdı, ağlamışdı. Dostlarından, məhəllədən, məktəbdən ayrılmaq. Bunu düşündükcə qapını bərk çırpıb çarpayısına üzüqoylu yıxılaraq hıçqırmışdı. Anasının barmaqları saçlarında gəzirdi, əyilib qulağına sakitləşdirici sözlər deyirdi. Qapıda dayanmış atası irəliyə addım ataraq çarpayının yanında diz çökərək oğlu ilə danışmağa başladı.

Payızın özünəməxsus gözəlliyinə pəncərədən baxaraq ətrafa baxdı. Ata-anası tanımadığı adamlara tapşırıqlarını verməklərində idilər. Bacısı Leyla isə üstünə qəzet sərilmiş divanda əyləşərək gəlinciyi ilə danışırdı. Boş evin yavaş-yavaş dolmasına tamaşa edən Kərim daha yad adamların köhnə evdən gətirilən mebellərə, servantlara, kitablara, pal-paltarlara və digər qutulara baxmaqdan bezib pilləkanlara yaxınlaşdı. Əlini uzatdı, çatmadı. Divardan yapışıb pilləkanları çıxmağa başladı.Bozumtul divarlar ona birtəhər gəlirdi nədənsə.

3-cü mərtəbəyə çatıb qorxa-qorxa içəriyə ayaq basdı. Sakitlik. Bir xeyli irəlilədi. Hər addımında ətrafa baxırdı. Birdən nəfəsini tutub dayanmağa məcbur oldu. Gözləri dəhşətdən böyüdü.

Bir künc başdan-ayağa hörümçək toru ilə əhalətənmişdi...


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye