“HÜLAKÜ XAN” BABƏKİN İNTİQAMINI SAPQIN ƏRƏBDƏN ALAN TÜRK HÖKMDARI (tarixi-mistik hekayə)
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 16:56 10 mart 2018 tarixində əlavə olunmuşdur

“HÜLAKÜ XAN”

BABƏKİN İNTİQAMINI SAPQIN ƏRƏBDƏN ALAN TÜRK HÖKMDARI

(tarixi-mistik hekayə)

   1257-ci ilin noyabrı... Bağdad yaxınlığı... Böyük Türk Hökmdarı, Çingiz Xanın nəvəsi Hülakü Xanın düşərgəsi... Hava həmişəkindən daha sakit və mülayim idi. Amma buna baxmayaraq inadçı payız soyuğu yavaş-yavaş özünü göstərirdi. Hektarlarla böyük ərazidə Türklərin hərbi düşərgəsi qurulmuşdu. Havanın mülayimliyindən istifadə edən Elxani qoşunları hərbi təlim keçir, bir qədər sonra baş verəcək qanlı savaşa hazırlanırdılar. Lakin havanın, günortadan xeyli keçmiş olmasına baxmayaraq hələ aydınlığını qoruyub saxlayan səmanın sakitliyi olduqca sirli və bir o qədər vahiməli təsəvvür yaradırdı. Bəli: bu fırtına öncəki səssizliyin əlaməti idi... Türkün əsrlər öncəkindən bu yana sapqın ərəb işğalından, assimilyasiyasından qurtuluşunun intiqam nişanəsi...

   Olduqca amiranə və qürurverici baxışları ilə diqqət çəkən Hülakü Xansa öz çadırında oturmuş, əllərini dizlərinə qoymuş düşünürdü. Dəqiq nə və hansı məsələ haqqında düşündüyünü isə ətrafında əyləşmiş sərkərdələri, əyalət hakimləri, Türk bəyləri o qədər dərindən fikirləşirdilər ki, gözləri uzun müddət onlardan daha düşüncəli hökmdarlarından ayrılmırdı. Hülakü Xanınsa fikirləri onu keçmişə - əcdadı Ulu Türk Sərkərdəsi Babəkin zamanına apardı...

   Babək son dəfə Afşinlə gizli görüşündən sonra vətənin, Azərbaycanın, bütün Turanın taleyi haqqında düşünərkən bax belə, indiki Hülakü Xan kimi öz qalasında oturub düşünmüşdü. Bu düşüncələr vətən, millət, din və ən çox da xalqın sapqın ərəb işğalından necə qurtulması haqqında idi.

   Atası (ulu babası) Babək kimi Hülakü Xanı da ən çox maraqlandıran xalqın istiqlaliyyəti idi. Uzun illər ərəb, fars, roma və s. işğalına məruz qalan Türk ulusu məhz indi daha rahat nəfəs ala biləcəkdi. Çünki Hülakü Xana görə, ərəblər hərbi və iqtisadi güclərini itirdikdən sonra işğalçılığı daha asan və təhlükəli yolla (eyni zamanda uzunmüddətli) – təbliğat yoluyla davam etdirmişdilər. “İslam” adı altında dinin deyil, ərəbçiliyin (son Xəlifələr Abbasilərin vaxtında isə farsçılığın) təbliğatı ilə məşğul olan ərəblər Bağdad Xilafəti zamanında bu fikirlərini daha sərt, radikal, şovinist dərəcədə yayırdılar. Məhz onların asimilasiya hərəkatı nəticəsində yüzillərlə Türk yurdu olan Anadolu, Azərbaycan və Yaxın Şərq ərəb zehniyyəti, ərəb adət ənənələri və dilinin təzyiqi altında qalmışdı... Ən çox da ərəb kişilərinin Türk qadınlarının namusuna toxunma cəhdləri... Bəli. Saymaqla bitmirdi Abbasi Xilafətinin murdarlıqları...

   İndi Hülakü Xan Şəmsəddin Eldənizdən (Atabəylər – Eldənizlər dövlətindən) sonra buralara hakim olan və bilinməz bir gələcəkdə bir çox tarixi qaynaqlarda “moğol” adlandırılan, Türk olmadığı sübut edilməyə çalışılan, hətta şəxsi məqsədi, xarakterinin tam əksinə daim “vəhşi, barbar” hesab edilən, əslində isə babası Ulu Xaqan Çingiz Xan kimi dərin biliklərə, yüksək mədəniyyətə, Türk əxlaqına və mahir hərbi bacarığa malik bir Türk hökmdarı idi...

   Çaparlar pis xəbər gətirmişdilər. Xəlifə Hülakü Xanın sülh ilə təslim olmaq təklifi rədd etmiş, hətta bunun göstəricisi olaraq yeddi nəfərdən çox olan bir heyətin son iki üzvündən başqa qalanları yatdıqları zaman boğazılarından kəsdirməklə, digər ikisinin isə gözlərini çıxartdırmaqla bildirmişdi... İndi Böyük Xanı düşündürən şey qanlı bir intiqamdan daha çox ərəb vəhşiliyinin, əxlaqsızlığının və sapqınlığının anlaşılmaz dərəcədə çox olması idi. Baxmayaraq ki, Xəlifə Mötəsim (9-cu əsr) zamanından bu yana orduda və sarayda Türklərin sayı artmış, əsas hərbi idarəçilik onlara tapşırılmışdı, hələ də təbliğati və dövlət idarəçiliyi ərəblərdə və daim onların qılığına girməyi bacaran şeytan xislətli farslarda idi... Məhz indi Hülakü Xan çox böyük bir tədbir görmək və bu əraziləri birdəfəlik ərəb zehniyyətindən təmizləmək qərarı almışdı... (Faktiki olaraq, Peyğəmbərin sülaləsindən sonra hakimiyyətə gələnlər (Əməvilər və Abbasilər) İslam deyil, ərəb (bəzən fars) milliyyətçiliyi təbliğatı aparırdılar...)

   Bağdada son ölümcül hücum etməmişdən öncə Xan hərbi müşavirə ilə yanaşı, dini, fəlsəfi və milli toplantılar keçirdi. Ta minillər öncədən bütün Türk dövlətlərinin təməl daşlarını təmsil edən, güclü təbliğati, siyasi və kəşfiyyat fəaliyyəti ilə məşğul olan Dərvişlər (Maqların, Qamların, Şamanların davamçıları) Elxanilər dövlətinin də dərin qatlarında varlıqlarını sürdürür, ulusun və elin varlığı, gələcəyi üçün canlarını sevə-sevə fəda edirdilər...

   Hülakü Xan “Böyük Şaman Məclisi” xarakteri daşıyan Dərvişlərlə görüşdü və onların fikirlərini almaqla yanaşı, ayinlərinə də qoşuldu. Dərvişlər hər zamankı kimi Türklüyü, Tanrıçılığı öz milli törələrində yaşadır, təbliğ edirdilər:

Tanrı haqqı üçün varıq,

Yerdə, Göydə aşikarıq,

Biz ölümdən qorxmadan

Uca ulus bəkçisiyik...

 

Bilgə Xandan ruhlanmışıq,

Göytürklüyü anlamışıq,

Sanmayın ki, bölünmüşük,

Qıpçaqla Oğuz olmuşuq...

 

Biz bir idik hər bir zaman,

Hamimiz o Xızır Sultan,

Onunla Ulu Tanrıya

Varıb gəzdik yeddi cahan...

 

Qutlu Ruhu dərk eyləyib,

Bu dünyanı tərk eyləyib

Biz “La-məkan” deyənlərik,

Sufiliklə ərk eyləyib...

 

“Ənəlhəqq” sirrin bilmişik,

Haqq üçün çox yol keçmişik,

Biz qırx qapını açmışıq,

Yerə-göyə nur saçmışıq...

 

Səkkiz eldə “Turan” deyib,

Qılınc ilə “vurun!” deyib,

Biz sazı tərk etməmişik,

Ruhu ilə “arın!” deyib...

 

Biz haqq bilən Dərvişlərik,

Neçə min il yol gəlirik,

Güney, Quzey, Doğu, Batı

Tanrı üçün “əl çalırıq”...

 

Xanlıq böyük addır, Dədəm,

Xana təklik yaddır, Dədəm,

Gəl bir otur, düşün dərin,

Bizə “düş”-ün çatdır, Dədəm...

   Dərvişlərlə görüşdən sonra Hülakü Xan əyalətlərin hakimləri və bir neçə xristian, yəhudi, müsəlman din xadimləri, elm adamları ilə məsləhətləşmələr apardı. Yalnız Bağdad fəthini deyil, Elxanilərin bundan sonrakı taleyi, gələcəyi haqqında fikir mübadiləsində oldu. Və nəhayət uzun müddətdən sonra hərb planları quruldu, Böyük Elxani ordusu Bağdada doğru yürüşə çıxdı...

   Ən yaxın sərkərdələri ilə söhbətləri zamanı elin böyük oğlu, ulu babası Babək (qeyd: Babək burda bütün Türk hökmdarlarının ulu babası nəzərdə tutulur, bu yalnız Hülakü Xana şamil edilmir...) haqqında, onun hərbi, siyasi, milli fikirləri haqqında, ərəblər, Bizans və digər xalqlar, dövlətlərlə əlaqələrindən, vətən, millət və törə üçün verdiyi mübarizəsindən danışırdı Hülakü Xan. Və O, görüşlərin birində buyurdu:

-          Mən atamız (baba nəzərdə tutulur) Ulu Babəkin, ona qarşı savaşmağa məcbur edilmiş, Böyük Türk sərkərdəsi Afşinin səhvlərini təkrar etməyəcəm. Onların milli mübarizəsini tarixi vəsiyyət kimi qəbul edib bütün ulusun intiqamını sapqın ərəblərdən alacağam... Qoy, bundan sonra Bağdad əsl Türk şəhəri kimi anılsın. Qoy murdar xəlifənin başı cəsur əsgərlərimin atlarının ayaqları altına atılsın... Elxanilər Böyük Səlcuqlular, Eldənizlər dövlətləri kimi qüdrətli, hətta onlardan daha güclü bir imperiya kimi tarixə düşəcək! Mən başda olmaqla bütün Türk igidləri daim bunun üçün çalışacağıq... Və atam (babam) Böyük Xaqan Çingiz Xan kimi Tanrı yolundan uzaqlaşmış bütün qorxaqları, ulusun iç və dış düşmənlərini məhv edəcəyəm!... Ərəbin murdar qanını bu yerlərdən siləcəyəm!... Elimin sərhədlərini Batıya və Güneyə doğru genişlədəcəyəm! Böyük Çingiz Xan imperiyasını daha uzun və əzəl qılmaq üçün çalışacağam!... Atalarımız Qıpçaqlar, Oğuzlar kimi hərbdə və siyasətdə daim qazanmaq üçün savaşacağam! Qoy, Ulu Tanrı səsimi eşitsin və ürəyimə qüvvət, başıma ağıl, qollarıma güc versin!... Qoy Ulu bilgəmiz Bilgə Xaqanın sözləri gerçək olsun!... Üstdə Mavi göy çökmədikcə, altda yağız yer dəlinmədikcə elimiz var olsun!... Qılınclarımız kəskin, ürəyimiz qüvvətli, arzularımız çin olsun!... Daim Türklüyümüz, Tanrıçılığımız və Törəmiz yaşasın! Turan eşqiylə qılınc çalaq! Ulu Bozqurda sadiq olaq!...

   Hülakü Xan şəhərin yaxınlığında Dəclənin şərq və qərb sahillərindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Xəlifənin ordusu qərb tərəfdən olan bəzi hücumları dəf etdi, ancaq növbəti döyüşdə məğlub oldu. Hücum edən Elxanilər bəndləri dağıtdılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə saldılar. Ordunun çox hissəsi ya öldürüldü, ya da boğuldu...

   Bir qədər sonra Hülakü Xanın şəxsi biliyi və bir neçə cəsur sərkərdəsinin səyi nəticəsində Elxani qoşunları çəpərlər və xəndəklər inşa edərək və mühasirə texnikaları və katapultları gətirərək 29 yanvar 1258-ci ildə şəhəri mühasirəyə aldılar. Fevralın 5-ə qədər Hülakü xanın ordusu divarın sahəsinə nəzarət edirdilər. Xəlifə axır ki uzun müddətdən sonra ölüm qorxusundan məcburən danışıqlar aparmağa çalışdı, ancaq bu səfər də Elxanilər imtina etdilər. Onlar fevralın 13-də şəhərə daxil oldular və bir həftə şəhərin ərəblərin olan qisimlərini dağıtdılar. Təbabətdən astronomiyaya qədər bir çox mövzu haqqında dəyərli tarixi sənədlər və kitabları olan Bağdadın Böyük Kitabxanası dağıdıldısa da, Hülakü Xanın böyük dövlət siyasəti və ağlı sayəsində dünya elminə aid olan onlarla kitab və vəsait Elxanilərin paytaxtına aparıldı. Həmçinin hökmdar sənətkar, elm və mədəniyyət xadimlərinə dəymədi. Onları gələcəkdə Elxanilər üçün çalışmağa dəvət etdi...

   Xəlifənin sağ qalan qohumları, ardıclıları isə Misirə qaçdı. Uzun müddət Məmlüklər müəyyən siyasi məqsədlər üzündən onları qorudu...

   Nəhayət, əsir alınmış Xəlifə Hülakü Xanın hüzuruna çıxarıldı. Baxdıqca halına bir qram da acımayan Hülakü Xan sanki xəyalında bu səhnənin əsrlər öncəki (837-ci il) əks təkrarını görürdü. O zamanlardan fərqli olaraq bu dəfə Xəlifə Hülakü Xanın əsiri idi. Xəlifənin 9-cu əsrdəki əcdadı Mötəsimin murdar, kinayəli baxışları indi yox idi üzündə. Nəvə babasından fərqli olaraq, düşmənin qarşısında əlini-qolunu gen-gen açaraq əmr verə bilmirdi. O, indi özü acizliklə düşmənin ona verəcəyi cəzanı gözləyirdi... Hülakü Xan bir anlıq taxtından endi və əsir alınmış Xəlifənin qarşısına gəldi. Özünə xas asil baxışları ilə sapqın ərəbi süzərək:

-          And olsun Tanrıya, səni sənə layiq bir cəza gözləyir... Atalarının atalarıma etdikləri və ulusunun ulusuma etdiklərinin cəzasını aldınız. Bağdadı tutub yerlə-bir etdim. Bütün ordunu toz kimi əzdim. Murdar ayaqlarınızı bu diyarlardan sildim... Və indi bil və agah ol, mən Elxanilər dövlətinin hökmdarı Hülakü Xan sən sapqın ərəbdən Atam Babəkin intiqamını da alacağam! Amma sən o şanlı Babək kimi edama layiq deyilsən. Sən və səndən öncəkilər ulusuma, qadınlarımıza, yaşlı-çağa bilmədən yeniyetmə uşaqlarımıza etdiyiniz insanlıq dışı hərəkətləriniz, namussuzluqlarınıza görə elə özün, xislətin kimi də öləcəksən!

   Hülakü Xan əmr etdi, Xəlifəyə rəqqasə paltarı geydirildi. Öncə ən yaxın adamları və digər əsirlərin qarşısında rəqsə məcbur edildi. Sonra bir neçə Elxani əsgərinin atlarının ayaqları altına atılaraq canı çıxana qədər çeynədildi (tapdadıldı)...

   Öz əsgərlərinə tərəf dönən Hülakü Xan Xəlifənin murdar leşini onlara göstərib:

-          Baxın və bilin. Atalarımız zamanında düşmənlərimizə mərhəmət etmiş, onların bəzilərini bağışladığına görə bu gün ulusumuz tam azad, elimiz firavan deyildi. Amma mən və məndən sonra gələnlər, Tanrımıza and olsun ki, bir düşmənimi belə bağışlamayacağam. Ərəblərin, farsların din bəhanəsilə xalqıma etdiklərinin intiqamını daha sərt və bizdən sonrakı nəsillərə ibrət olacaq dərəcədə alacağam. Bundan sonra soyum, elim və ulusum Tanrı haqqını, ədalətini əzəl qılmaq üçün savaşacaq. Xəlifənin timsalında vaxtilə elimə, ulusuma düşmən olmuş, zülm etmiş, əsir qoymuş kimsə varsa və bundan sonra olacaqsa, onlardan daha dəhşətli bir intiqam alacağam. Qoy, tarix məni “qəddar, vəhşi, barbar” yazsın. Amma bilinən tək gerçək var ki, mənim etdiklərim ərəbin, farsın xalqıma yüzillərdir vurduğu yaradan daha dəhşətli deyil!...

Elşən İsmayıl

Yazar


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye