Hüsnünü bənzədirəm ayə ki,mən mahparədir,
Vəslinə yetmək diləyim,çün ciyərim parədir.
***
Eşqimiz əfsanə olmuş, dillərin əzbəridir,
Möhnətə mən necə dözüm,ürəyim qan,yarədir.
***
Dərdimin dərmanı sən ol desələr mən bimarə,
Hər baxışın məlhəmimdir,dərdimə bir çarədir.
***
Əl çəkim şövqi-səfasından vəfasız dünyanın,
Tərki-dünyalıq mənəm,münzəvilər nə karədir.
***
Olmasın ol dünya kim.sənsiz keçəcək günlərim,
Qoy desinlər Movluda tək-tənhadır,biçarədir.
14.07.2014.Zərdabi.Mövlud Ağamməd.