Hüzünlü fahişə
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 10:30 20 may 2015 tarixində əlavə olunmuşdur

Bu gün də dünənkindən heçdə fərqlənmir onun addımladığı uzun, uzadı tozlu prospektlər avto-magistral yollar, palçıqlı səkilər və avtomobillərdən ətrafa sıçrayan çirkablar ona hər gün getdiyi bu yolları xatırlayıbda unutmamağı işarə edirdi. Sanki, hüzünlü fahişə mərhəmət axtarırdı mərhəmətsizlərin gözlərində o, çox şey istəmirdi sadəcə bir neçə itirilmiş vicdanların sahiblərini axtarırdı yatğında tapdığı bir neçə bir neçə vicdanı və ləkələnmiş ruhları öz sahiblərinə qaytarmaq üçün palçıqlı səkilərdə ümidsizcəsinə, ümid axtarırmış kimi addımlayırdı bu şəhəri tərk etmək və bir dəfəlik getmək buralardan. Son fəslini burada dəfn etmək və insansız adaya qaçmaq lazımdır. Gözəl arzular idi sadəcə getmək lazımdır çirkaba bulaşmış arzularını bu şəhərədə qoyub sadəcə getmək istəyirdi çox uzaqlara yorulmaq bilmədən gecə-gündüz getmək məsafələri qət etmək qızmar səhraları ayaq yalın qaçaraq keçmək günəşin qızmar şüaları altında qovrularaq yanmaq, günahlardan qurtulmaq və mənəvi rahatlıq tapmaq amma gözlərinin qabağından getməyən çirkaba bulaşmış çarpayı və o, çarpayıda qaranlığa düçar olmuş arzular qısa metrajlı film kimi tez-tez gözündə canlanırdı və o, yaxşı başa düşürdüki bu şəkildə rahatlıq tapmaq olmaz göz yummaq kifayyət deyil unudasan dərdləri,dərdləri,qorxuları,nifrətləri,kədərləri ən yaxşısı isə manqurt olaraq, manqurtcasına yaşamaqdı utopiyada.



... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0242 saniye