I Pyotr hərdən sadə geyimdə tanınmaz halda şəhəri gəzintiyə çıxırdı və sadə insanlarla söhbət edirdi. Günlərin bir günü I Pyotr meyxanada oturub əsgərlərlə pivə içirdi. Əsgərin biri içki almaq üçün öz qılıncını girov qoyur.
I Pyotr çox təəccüblənir. Əsgər isə cavab verir ki, hələlik qınına qılınc əvəzinə taxta qoyacaq, əmək haqqını alıqdan sonra isə yenidən qılıncını geri alacaq.
Səhər I Pyotrun özü alaya gedir və baxış aparır. I Pyotr əsgər sıralarını gəzir və həmin əsgəri tanıyır, onun qarşısında dayanır və deyir:
- «Mənim başımı qılıncınla vur!». Əsgər quruyub qalır və çarı vurmayacağını deyir.
Çar səsini yüksəldərək deyir:
- «Başımı vur dedim! Yoxsa səni elə bu an əmrimə itaət etmədiyin üçün dar ağacından asacaqlar!»
Əsgər əmrə itaət etməli olur. O, taxta qılıncını götürür və ucadan deyir:
- «Tanrım! Mənim qılıncımı taxta et!»- və çara vurur. Zərbədən taxta qılıncın qırıntıları ətrafa uçur.
Bütün alay heyrətlənir və deyir:
- “Tanrı bizə bir möcüzə bağışladı!”.
Çar bığlarını burur və yavaşdan deyir:
- “Hazırcavabsan!”- və ucadan alayın komandirinə deyir:
- “Əsgərin qını təmiz olmadığı üçün 5 sutka cəza! Daha sonra isə o, şturman məktəbinə göndərilsin!”.