içimdəki səslər şerə çevrilib yazılır,
fikirlərim nişangahdır,
seyrə çevrilib atılır.
bu dəfə hədəf sənsən,sənin gözlərindir,
qara ucsuz-bucaqsız.
görəndə onları mən,
susur qələm,sınır qələm.
sanki bir əsgərəm,
vuruşuram baxışınla
amma silahsız.
içimdəki səslər məğlub olur,
bir sevgi müharibəsində.
mən qalıram ,
yarımçıq sözlərimin əhatəsində.
əsir düşürəm hisslərimə,
qandallanır sözlərim sənin o gözlərində.
içimdəki səslər dustaq oldu ,
sənin o gözlərin mən dustağa,
soyuq bir otaq oldu.
içimdəki səslər üşüyür.