İçkili
Nizam Memmedov tərəfindən "Digər yazılar" bolməsinə 23:57 09 aprel 2015 tarixində əlavə olunmuşdur

Seçim şansı azaldıqca ən yaxşını seçmək daha asan olur. Sadəcə, ən yaxşını seçimlər arasında saxlamaq lazımdır. Bir də seçimləri sıfıra endirmək var, sıfırdan seçmək mümkün deyil. Buna da azadlıq deyirlər. Seçmək üçün heç nə olmayanda azad olursan.
Yaxşı ki, tanışlıqlar dostluqlara çevirilmir, hər şey tanışlıqlarda qalır. yaxşı ki, sol cibimizdə bir siqaret və yandıran var. Yaxşı ki, əlimizdə pivə butulkası var sonuna çatmadan atırıq yolun kənarına ürəyimiz bulanmasın deyə. Sevgilər də belədir, sonuna çatmadan atmaq lazımdır, çünki, sonu ürək bulandırır. 
Bizim sevgimiz musiqilər qədərdir musiqi bitəndə tükənir sevgimiz. Bizim sevgimiz kitablar kimidir, son səhifəsini oxuyanda anlayırsan hər şeyi. Biz düşüncələrlə sevirik ürəyimizlə yox. 
Mənim öyrətdiyim sevgi ilə sevmə məni, get başqalarını sev. Mənim sənə öyrətdiyim sevgi mənimçün maraqsızdır. Növbəti adamlara yaşat mənim sevgimi. Əli Xəyyam demişkən növbəti adamlar nə vaxtdan sevgili olublar? Özünü aldatma.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Nizam Memmedov
Haqqında

Əlaqə
E-mail:
nizam_49@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0327 saniye