İçmə sevgi badəsini...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:29 07 dekabr 2014 tarixində əlavə olunmuşdur

İÇMƏ SEVGİ BADƏSİNİ....

İçmə sevgi badəsini
Hər yetənlə,məst olarsan.
Keçmə namərd körpüsündən
Sel aparar,qəsd olarsan.
***
Sevgi yolu nahamardır,
Ah,göz yaşı,Qəm,hicrandır.
Nadanları di gəl qandır
İşin olar bəd,qalarsan.
***
Özüm təkəm,sevgim yetim,
Qaralıbdır qara bəxtim.
Nə biləydim,məhəbbətim,
Bivəfaya bənd olarsan?
***
Ürək yaman şeydir,gülüm,
Hey doğranır dilim-dilim.
Sevgimi tən yarı bölüm
Sənə düşsə dərd,alarsan?
***
Mövlud deyər ömür yarı,
Gəl başa vur bu yolları.
İlqarından dönən yarı
Bağışlama,pərt olarsan.

15.04.2013. Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0443 saniye