“İdeya” aspeksiyası və “İdeal” konsepsiya – “Var” və “Yox” arasında...  
NİKOLAY tərəfindən "Digər yazılar" bolməsinə 02:08 29 iyul 2014 tarixində əlavə olunmuşdur

Toplumda ideya varsa, deməli ideal insan da var. Çünki bütün ideyaları ideal insanlar yaradır. Təxminən, bir sıra ideyaları sıradan fərdlər ərsəyə gətirir. Bundan qeyriləri mütləq ideal olanların məhsuludur. Odur ki, ideyaları bəsitləşdirmək, ideallara da toxunmaq lüzumsuz və  yolverilməzdir.

Yer üzündə “ideal olan” və ya “ideallığa layiq olan” şəxs yoxdur,  - deyən  insanların fikrincə, belə şəxslər cəmiyyətin formalaşmasında, onun təkmilləşdirilməsində yaxından iştirak etmirlər, hətta cəmiyyətin təmsilçiləri hesab olunmurlar. Bu isə təmamilə antonim fikirlərin ikitərəfli hissəsinin bir yönüdür.  

Onlar düşünürlər ki, həyatda  ideal fərdlərin qüsuru, nöqsanı və yaxud səhvi olmamalıdır. Bunun tam əksi olmalıdır.  Bu isə ağlabatan məntiq deyil. Çünki ictimai proseslərin və sosial prizmaların başlıca tələbatı budur. Bir sözlə dünyada elə tip adamlarla rastlaşmağın özündə bir çətinlik var. 

XVII əsr yapon fəlsəfəsində  “yapon  atalar sözləri” adlı elmləşən  nəzəriyyəvi və praktiki  təlim metodu tətbiq edilmişdi. Metodda isə təbliğ olunmuşdu ki,   ilk olaraq  insanlar günahlardan yox, problemlərdən qurtulmalıdırlar.

Səbəb, mərkəzi müstəvinin mahiyyətini özündə daşıyan amillərin hədəfləri əks etdirməməsidir. Yəni, hər şey  bir şeyin özəyi qismində təzahürləşməlidir. Yaxud da əksi.  Eləcə də ideal adamlar, ideallığa layiq olanlar və ya digər fərd qisimləri. 

Odur ki, kültürlü toplumlar, sivil vətəndaşlar, xüsusən də subyektiv təbəqələr obyektivliyə  doğru  istiqamətlənir. Dövlətlərin və cəmiyyətlərin əsas gücü sayılan xalqlar  günahkar insanlara  deyil,  əksinə  həyatda  heç kimin edə bilmədiklərini həyata keçirən şəxsləri önə çəkirlər və  onlara dəyər verirlər. Belə insanların da başlıca uğuru tezliklə nəzərə çarpmalarıdır.

Sözsüz ki, şərqin ideoloji atributlarını özündə daşıyan Yəmən, Liviya, Suriya və İndoneziya kimi ölkələr  “ideya” və “ideal” kəlmələrinə yad olan ölkələr sırasındadırlar. Bu ölkələrin içərisində yaşayan  xalqlar da idarəçilik və nəzarətçilik prinsiplərindən uzaqdadırlar. Artıq, onların bu funksiyanı daşımaq öhdəçilikləri də qüvvədən düşüb.

Bəs, “ideya” nədir?, yaxud  “İdeal” nədir? Ümumiyyətlə, özündə böyük məfhum  əks etdirən bu sözlər cəmiyyət üçün vacibdir mi?  Belə kəlmələrin mahiyyəti və bunların insan beyinlərində dərki.  Bunlar nədir?   Ümumilikdə, dərrakələr bunlara hazırdırlar mı? 

Türk şairi Kəmal Tahir “Tək ləçək” şeirində yazır ki,  - “mən, qonşumun qadınına baxıb sadiqliyi, qızına baxıb sevgini, oğluna isə baxıb döyüşməyi öyrəndim”.  Deməli, hər üç şəxs Kəmal Tahir üçün “ideal” idi, amma onlardan öyrəndikləri “ideya” ya çevrilmişdi. Nümunəvilik isə şair Kəmalın şansı idi. O, şəraiti məkanla əvəzləyərək,  qonşuları arasında vasitəçilik münasibətləri qurmuşdu.  

 

Son

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0298 saniye