Hadisə Türkiyənin Antalya şəhərində baş verib
Dikili İlçəsində bədən tərbiyəsi müəllimi Tuğrul Metin qəribə hadisə ilə qarşılaşıb. Belə ki, dənizboyu sahillə yol gedərkən onun qarşısına ikibaşlı delfin çıxıb. Dərhal Jandarmaya xəbər verən Metin keçirdiyi hisləri belə ifadə edib: “İlk dəfədir belə bir şey görürdüm. Yaxınlaşıb baxdım. Gözləri hələ tam formalaşmamışdı. Hava dəlikləri də yeni-yeni formalaşırdı”.
Jandarma ikibaşlı delfinin boyunun 1 metr uzunluğunda olduğunu bildirib. Mütəxəssis Mehmet Gökoğlu isə: “Siam əkizlərinə bənzər bir hadisədir. Tədqiqatlardan sonra dəqiq nəticə əldə edəcəyik”, -deyib.