“İkinci Həyat”
Bu yaxınlarda Psixoloq dostlarimdan biri mənə çox gəribə və dəhşətli əhvalat danışdı.Mən uzun müddət o əhvalatın təsiri altında qaldım. İyirmi səkkiz yashinda gənc bir xanım avtomabil idarə edərkən qəzaya ugrayir,qadinin başi möhkəm sukana dəyir.Bir necə gün baş agrılarından şikayət edən xanım klinikalardan birinə gedir.Həkim onu müayinə edir,və baş beyin tomoqrafiyasi etməyi məsləhət görür. Və nəticədə baş beyin nahiyyəsində şiş tapilir.Həkim bu diaqnozu xəstədən gizlətmir açiq aydin söyləyir. Həkim: Sizin baş beyin nahiyanizdə bəd xassəli şiş var və bunun mualicəsi olmadıgı ücün sizin ömrünüzə lap az qalıb.Həkimin dediyinə görə onun ömrünün sonuna bi neçər ay qalır. Bu xəbəri eşidən Sara şoka düşür,bu onun üçün gözlənilməz olur.Depressiyaya düşən Sara öz dərdi ilə heç cürə barışmayib evinə qapanır. Onun dərdini paylaşacaq heç bir kəsi yox idi.Valideyinlərini uşaq vaxtı itirən Sara tək yaşayırdı. Sara çətin olsada özündə güc toplayıb qərara gəlir ki,həyatının son günlərini yaşadıgı şəhərdən kənar bir yerdə keçirsin.İşlədiyi müəssədən bütün məvacibini alıb uzun illər yıgdıgı pullarin üstünə qoyub işdən azad olunur.Sara heç kəsə heç bir söz deməyib yaşadıgı ölkəni tərk edir.Bircə sevdiyi oglana getməyi barədə deyir.Əslində sevdiyi oglanın onun sevgisindən xəbəri olmur,onlari bir birinə baglayan dostluq olur.Sara nədənsə hər zaman öz sevgisini gizlədir. Sara şəhəri tərk edir... Sara dostların,tanışların olmadıgı kiçik bir şəhərciyə gəlir.Özünə yeni dostlar tapir,bilərək ki,ömrünə lap az qalıb sanki yeni həyata başlayir.Bütün günü istirahət edir,gəzir əylənir alış veriş edir və bundanda zövq alır.Qaldıgı mehmanxanada hammı Saranı zəngin oldugunu hesab edir.Amma əslində o heçdə zəngin olmur... Günlərin bir günü Sara təsadüfən rəsim sərgisində bir kişi ilə tanış olur. Sarayla Corcun həyati oxşar idi.Corcda tənha idi,əllı yaşına lap az qalmışdı amma hələ də ailə qurmamışdı.Bir az qəribə insan olsada,amma maraqli insan idi.Corc rəssam idi,tez-tez sərgiləri keçirilirdi... Günlərin bir günü Sara Corca öz xəstəliyi barədə danışır,bunu eşidən Corc cox üzülür onun simasini gəm bürüyür,o danişmaga belə söz tapmır. Corcun gözləri dolur... Corc təbiətcə cox kövrək və mülayim insan idi,ətrafda baş verən hadisələrə laqeyid yanaşa bilmirdi, hər şey ona təsir edirdi. Demək olar ki,hər gün Corc işdən sonra Sarani əyləndirmək,xəstəlik haqda düşünməmək üçün hərdən bir yerə dəvət edirdi. Soyuq qiş aylari oldugu üçün onlar daga çıxıb xizək sürürdülər Sara xizək sürməyi çox sevirdi.Ətraf ag qara bürünmüşdü çox gözəl bir mənzərə idi. Sonra Corc Saraya şəhərin bütün gözəl yerlərini göstərdi.Köhnə abidələr,muzeylər,memarliq nümunələri və s. Bəzən axsamlar Corc Sarani şəhərin ən gözəl restoranlarina şam etməyə dəvət edirdi,sonra isə onlar əyləncə mərkəzlərinə rəqs etmək əylənmək üçün gedirdilər.Corc əlindən gələni edirdi ki Sara xəstəlik haqqında düşünməsin.Corc Sarani öz qızı kimi sevirdi.Corc əsl dost idi.Corc Saranin ən yaxın dostuna çevrilmişdi.Artıq ikinci həftə idi ki,Sara yad bir ölkədə öz həyatını tamamilə dəyişmişdı o həyatdan,yaşadıgı hər bir hər bir andan zövq almagı öyrənmişdi.Sara üçün hər dəqiqə qızıldanda qiymətli idi... Bircə onu düşündürən bir şey vardı... Sara bele ciddi xəstədirsə bəs niyə agrılar yoxdur onun halı dəyişmirdi,o ozünü cox yaxşı hiss edirdi.Agrısız bele ciddi xestelik bu möcüzə idi.Amma hardasasa agriların baş qaldırmamagı onu sevindirirdi o sevinirdi ki agrısız əzabsız öləcək,bir gün yatıb ve bir daha oyanmayacaq... Artıq üçüncü həftə idi ayın sonu yaxınlaşırdı.Sara öz dəfni üçün pul ayırmışdı.Valideyinlərini uşaq vaxtı itirdiyi üçün onun heç kimi yox id.Öncədən dəfn tədarükü görmek bu çox dəhşətli bir səhnə idi.Bunun üçün güclü insan olmaq lazimdir.Sara belələrindən idi.Saranın gənc olduguna baxmayaraq o çox mərd qiz idi həyatin bütün çətinliklərinə sinə gəlməyə hazır idi. Günlərin birində Saraya sevgilisindən məktub gəlir... Məktubda yazılırdi... Salam Əzizim Sara! Sənin üçün çox darixmışam. Mənim hər şeydən xəbərim var. Səninlə ciddi söhbətim var iki gündən sonra sənin yanina ucuram. Görüşənədək öpürəm... Stefan. Bu məktubu oxuyanda Saranın sevincinin həddi hüdudu yox idi,amma birdən o həkimin sözlərini xatırlayır sizin ömrünüzün sonuna lap az qalıb. Saranın gözlərində olan sevincin yerini kədər göz yaşlari alır.O hönkür hönkür aglamaga başlayır... Saranın səsinə qonşu nömrədə qalan yaşlı bir qadın gəldi.O Saradan nə baş veriyini soruşdu sara ona öz xəstəliyi barədə danıshdı və ömrünə lap az qaldıgını söylədi.Bunu eşidən qadın danışmaga söz tapmadı o heç bir zaman düşünməzdiki Sara belə ciddi xəstədir,çünki Sara heç xəstəyə oxşamirdı.Qadın Saranı sakitləsdirərək qucaqlayıb onu bagrına basdı,bir neçə dəqiqədən sonra Sara çətin olsada özünü ələ aldi və həyatının qalan bir neçə gününü əhvalını pozmadangözəl kecirəcəyini özünə söz verdi. Təbii ki,onun üçün çox çətin idi,tənha olan insan üçün ölümünün yaxinlaşdıgını bilmək cox agırdır.Amma o sınmırdı Sara çox güclü bir qadın idi,o polad kimi idi onu əymək geyri mümkün idi.O hər zaman dostlarına deyirdiki mənə yazıgınız gəlməsin... Agır gündən sonra Sara axşam yeməyini mehmanxananın restoranında etməyi gərar verdi.Elə yenicə menyunu acıb yeməkdə nələr oldugunu nəzər salanda,mehmanxananın odministratoru Saraya yaxınlaşıb:Misis Sara sizi foyedə gənc bir oglan gözləyir...Sara heyrətlə kim ola biləcəyini heç aglına belə gətirmədən foyeyə çıxdı.Onu gözləyən Stefan idi,Sara onu görüb gözlərinə inanmadı ona yaxınlaşıb onu möhkəm qucaqlayıb dedi:Stefan sən burda nə edirsən? Stefan: Sara mən bura sənə görə gəlmişəm və sənə xoş bir xəbərim var! Sara təcüblə Stefana baxdi və soruşdu nə xoş xəbər? Sara mən sənin xəstə oldugundan xəbərdaram.Sənin gəfil şəhərdən gedişin məni narahat etdi və mən sənin muayinə olundugun klinikadan səni muayinə edən həkimdən hər seyi öyrəndim. Amma sən həqiqəti bilmirsən 2 həftə bundan öncə səni muayinə edən Dr.Braunu həbs etdilər.O sənə səhv diaqnoz qoyub sən xəstə deyilsən.Dr.Braunun muayinə etdiyi cihazda problem varmiş,səndən sonra o dörd nəfəri də muayinə etdikdə onlarada sənə qoydugu diaqnozu qoymuşdur( baş beyin nahiyəsində bəd xassəli şiş) və Dr.Braun onlarada oz xəstəlikləri barədə açıq açıq demişdir.Xəstələrdən biri bu dərdə dözməyib üç gündən sonra özünə intihar etmişdir. İndi Dr.Braun insanlara yalniş diaqnoz qoyduguna görə azadliqdan 14 il məhrum olunub. Sara sevincindən yerə diz çöküb əllərini göyə açıb ey Tanrim mən xəstə deyiləm mən yaşayacam deyə qışqırdı və bir daha Stefanı qucaqladı.Sara çox xoşbəxt idi Sara sevincdən aglayirdı o həyatın necə şirin oldugunu dərk etdi.Stefan fürsəti əldən verməyib Saraya onu sevdiyini və həyatının qalan hissəsini onunla bərabər keçirmək istədiyini ona söylədi,təbii ki,Sara bu təklifi qəbul etdi çünki Sara Stefanı artıq neçə il idi ki sevirdi. Çox keçmədən onlar ailə həyatı qurdular və elə həmin şəhərcikdə yaşamagi gərar verdilər. Sara çox xoşbəxt idi o sanki ikinci dəfə həyata gəlmişdi...