İkisi də doğrudur
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 21:21 27 iyun 2014 tarixində əlavə olunmuşdur

Bir cavan oğlan böyük Fridrixin yüzbaşılarından birinin yanına gəlib əsgərliyə yazılmaq istədiyini bildirir. Həmin gənc yaraşıqlı, boylu-buxunlu bir dəliqanlı idi. Yüzbaşı əvvəlcə bu gəncin istəyini qəbul eləmir. Çünki o, ancaq fransız dilində danışa bilir, almanca isə bir söz belə anlamırdı. Lakin yüzbaşı dəliqanlı gəncin yalvarışları qarşısında çox dayana bilməyib yumşaldı, onun əsgər olmaq istəyini qəbul eləmək məcburiyyətində qaldı. Bunları da söyləməyi yadından çıxarmadı:

-  Bax, bizim kral orduya yalnız almanca bilənlərin əsgər olaraq alınmağını istəyir. Yoxlama vaxtı əsgərliyə təzə gələnlərə də üç sual verir. Birinci sual belədir: “Neçə yaşındasan?” Dərhal almanca cavab ver: “İyirmi dörd yaşındayam”. İkinci sualı bundan ibarətdir: “Nə qədər vaxtdır ki, hərbi xidmətə çağrılmısan?” Bu suala: “Üç aylığam” – deyə cavab verməlisən. Üçüncü sual isə belədir: “Maaşını və yemək-içməyini doğru düzgün alırsanmı?” Bu suala da tez: “İkisi də doğrudur” – deyə cavab ver. Kral bu üç sualı həmişə eyni ardıcıllıqla verir...

Yüzbaşı fikirləşdiyi kimi də olur. Kral ordunu yoxlamağa gələndə orduya təzə qəbul edilən həmin gəncin qarşısında dayanır. Ancaq işin tərsliyinə bir bax. Suallarını həmişə soruşduğu sıra ilə soruşmur:

-  Neçə vaxtdır ki, hərbi xidmətə çağrılmısan?

Gənc adam alman dilində:

-  İyirmi dörd il.

Kral çaşıb qalsa da, ikinci sualını soruşur:

-  Neçə yaşındasan?

-  Üç aylığam.

Bu cavaba tamam məəttəl qalan kral deyir:

-  Mənə elə gəlir ki, ya sən,ya da mən dəliyəm.

Gənc əsgər gecikmədən cavab verir:

-  İkisi də doğrudur.

Kral hiddətindən az qala cin atına minəcəkdi. Titrəyə-titrəyə yaxınlaşan yüzbaşı olanları açıq-aydın bir dillə krala başa salır. Kral gülə-gülə:

-  Heç narahat olmayın. Fransız deyilənləri çox gözəl anlayır. Qəbahət məndədir ki, sualları sıra ilə soruşmadım. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0318 saniye