İlin sayı, həkk olmamış...Gülnarə İsrafilqızı
gulnare israfilqizi tərəfindən "Şeir" bolməsinə 23:58 11 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Qaraya bürünən ömür,
Kəsəcək qapını ölüm.
İndi yaşıldır yarpağın.
Payısan qara torpağın.
Qaça bilirsənsə əgər,
Əzrailin əlindən qaç.
Hələ dövran səninkidir.
İstərsən gül ləçəyində,
İstərsən də dodaqda aç.
Aparacaq səni ölüm...
Məzarının üstünə,
Düzəcəklər bu çiçəkdən.
Heç olmasa yaşa ömrü bilərəkdən.
Hələ gəncsən!
Baş ucuna qara mərmər,
Qoyulmamış.
Yaşanmayan ilin sayı,
Baş daşına həkk olmamış...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0213 saniye